UEFA Çempionlar Liqası: “Çelsi”ni tribunada təxminən 800 azarkeş dəstəkləyəcək
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Qarabağ”la qarşılaşacaq İngiltərənin “Çelsi” klubunu tribunada təxminən 800 azarkeş dəstəkləyəcək.
İdman.Biz xəbər verir ki, “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev açıqlama verib.
Onun sözlərinə görə, qonaq komanda üçün iki sektor ayrılıb.
London komandası matçdan bir gün əvvəl, noyabrın 4-də Bakıya gələcək. “Zadəganlar”ın paytaxtda görüşdən əvvəl açıq məşqçi və mətbuat konfransı olmayacaq.
“Çelsi”nin baş məşqçisi Entso Mareska İngiltərədə jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, “Qarabağ” - “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Bu mövzuda digər xəbərlər:Çelsi ni Qarabağ la oyunda 800 azarkeş dəstəkləyəcək
03 Noyabr 2025 11:49
UEFA Çempionlar Liqası:
04 Mart 2025 12:38
UEFA Çempionlar Liqası
21 Oktyabr 2025 09:58
Çelsi ni Bakıda 1000 dən çox azarkeş dəstəkləyəcək
29 Oktyabr 2025 15:24
“Çelsi” seçim qarşısında: Çempionlar Liqası, yoxsa Avropa Liqası?
13 May 2025 17:15
Baxış sayı:46
Bu xəbər 03 Noyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















