Çelsi ni Qarabağ la oyunda 800 azarkeş dəstəkləyəcək
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda "Qarabağ"la üz-üzə gələcək İngiltərənin "Çelsi" klubunu tribunalarda təxminən 800 azarkeş dəstəkləyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev yayıb.
Onun sözlərinə görə, qonaq komanda üçün iki sektor ayrılıb.
London komandası matçdan bir gün əvvəl, noyabrın 4-də Bakıya gələcək. "Zadəganlar"ın paytaxtda görüşdən əvvəl açıq məşqçi və mətbuat konfransı olmayacaq. "Çelsi"nin baş məşqçisi Entso Mareska İngiltərədə jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək. (Report.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 03 Noyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















