UEFA nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 10 avqust, AZƏRTAC
AFFA baş katibinin müavini Elçin Məmmədov avqustun 8-9-da UEFA-nın matç direktoru qismində Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olub.
AZƏRTAC milli assosiasiyanın rəsmi saytına xəbər verir ki, UEFA tərəfindən ezam olunan AFFA rəsmisi səfər çərçivəsində ötən mövsüm Gürcüstan çempionu olan “İberia” klubunun ev oyunlarını keçirdiyi Mixail Mesxi adına stadionu ziyarət edib. Əsas məqsəd arenanın 2026/2027-ci illər mövsümündə UEFA klub yarışlarının liqa mərhələsinin oyunlarını qəbul etməyə hazırlıq səviyyəsi ilə tanışlıq olub.
Səfər zamanı “İberiya” klubunun nümayəndələri ilə görüş də keçirilib. Görüşdə ötən mövsümlə müqayisədə yeni mövsümdə qaydalarda tətbiq olunacaq dəyişikliklər müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 10 Avqust 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















