UEFA reytinqi: Qarabağ bir pillə geriləyib
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan klublarının UEFA reytinqindəki yeni mövqeləri bəlli olub.
Oxu.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının Liqa mərhələlərində 8-ci turun matçlarından sonra klubların UEFA reytinqi yenilənib.
Azərbaycan təmsilçisi "Qarabağ"ın Avroliqada "Olimpiakos"a 0:3 hesabı ilə uduzmasından sonra Ağdam təmsilçisinin sıralamadakı mövqeyi dəyişib.
Aktivində 32.000 xalı olan Qurban Qurbanovun komandası bir pillə geriləyərək 66-cı yerdə qərarlaşıb.
Danimarkanın "Midtyulland" komandası 32.750 xalla "Qarabağ"ı geridə qoyub.
Digər Azərbaycan təmsilçilərindən "Neftçi" 8.000 xalla 181-ci pillədədir. "Zirə", "Sabah", "Sumqayıt" 4.000 xalla 310-cu yeri bölüşürlər. "Qəbələ" və "Şamaxı" isə 3.925 xalla 329-cu yeri paylaşırlar.
Qeyd edək ki, reytinq cədvəlinə 138.500 xalla "Real" liderlik edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 01 Fevral 2025 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















