“Qarabağ” UEFA reytinqində geriləyib
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Klubların UEFA reytinqi açıqlanıb.
İdman.biz xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasında VIII turun bu həftə keçirilən oyunları bəzi dəyişikliklərə səbəb olub.
Azərbaycan çempionu “Qarabağ”ın da mövqeyi dəyişib. Səfərdə “Olimpiakos”a 0:3 hesabı ilə məğlub olan Qurban Qurbanovun komandası 66-cı yerdə qərarlaşıb.
Ağdam klubunun hesabında 32,000 xal var. Ötən siyahıda 65-ci olan “Qarabağ” bir addım geriləyib. “Midtyulland” Azərbaycan çempionunu geridə qoyub. Danimarka klubu xal hesabını 32,750-yə çatdırıb.
“Neftçi” 8,000 xalla 181-ci yerə şərikdir. Digər klublarımız – “Zirə”, “Sabah”, “Sumqayıt” 4,000 xalla 310-cu, “Qəbələ” və “Şamaxı” 3,925 xalla 329-cu yeri bölüşənlər arasındadır.
Qeyd edək ki, siyahıya 138,500 xala malik “Real” başçılıq edir.
İdman.biz
Baxış sayı:92
Bu xəbər 01 Fevral 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















