Uels Şahzadəsi xərçəngə qarşı mübarizəyə həsr olunan layihəyə start verib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
London, 12 may, AZƏRTAC
Uels Şahzadəsi Keyt Middlton xərçəngə qarşı müalicə dövründən danışıb.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, o, xərçənglə mübarizə zamanı təbiətin onun üçün necə bir şəfa mənbəyinə çevrildiyini açıqlayıb və bu mövzuya həsr olunan yeni videolayihəyə başlayıb.
Kensinqton Sarayının sosial media kanallarında yayımlanacaq dördhissəli video seriyası “Təbiətin dörd fəsli” adlanır. Layihə çərçivəsində “Yaz” adlanan ilk video bu gün təqdim olunub. Üç dəqiqəlik video Uels Şahzadəsi tərəfindən səsləndirilib. Video Keyt Middlton və Şahzadə Uilyamın bu ayın əvvəlində Mull adasına səfəri zamanı çəkilən görüntüləri əhatə edir.
Uels Şahzadəsi bildirib ki, son bir ildə təbiət onun üçün bir sığınacaq olub. O vurğulayıb ki, təbiət vasitəsilə hər şeyin bir-biri ilə necə bağlı olduğunu, tarazlığın, yenilənmənin və dözümlülüyün önəmini anlamaq mümkündür.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Baxış sayı:62
Bu xəbər 12 May 2025 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















