Ufa şəhərinə PUA hücumu nəticəsində Hindistandan olan tələbə xəsarət alıb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Moskva, 19 avqust, AZƏRTAC
Başqırdıstan Tibb Universitetinin hindistanlı tələbəsi Ufa şəhərinə PUA hücumu nəticəsində xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, altı pilotsuz uçuş aparatından biri Zaton mikrorayonunda yerləşən yaşayış binasına düşüb. Başqırdıstan rəhbəri Radiy Xabirovun sözlərinə görə, gəncin vəziyyəti narahatlıq doğurmur, lakin o, tibbi müayinədən keçəcək.
PUA-ların Ufanın sənaye müəssisələrinə hücumundan sonra neft emalı zavodlarından birində yanğın baş verib. İlkin məlumata görə, təmir işləri aparılan qurğu, həmçinin boru kəmərləri zədələnib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə ərzində Rusiyanın regionları üzərində Ukraynaya məxsus 453 təyyarə tipli pilotsuz uçuş aparatı ələ keçirilərək məhv edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 19 Avqust 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















