UFC 333: Asəf Çopurov çəkiölçmə mərhələsini uğurla keçib VİDEO
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Oktyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunacaq UFC 333 turniri ərəfəsində döyüşçülərin rəsmi çəkiölçmə mərasimi keçirilib.
İdman.Biz xəbər verir ki, Asəf Çopurov və avstraliyalı Kolbi Tikness çəkiölçmə prosedurundan keçən son iştirakçılar arasında olublar.
Yüngül çəki dərəcəsindən bir pillə aşağı olan 61,2 kq-lıq divizionda mübarizə aparacaq idmançılar qarşılaşma üçün müəyyənləşdirilmiş çəki limitinə əməl ediblər.
24 yaşlı Çopurov UFC-də debüt etməyə hazırlaşır. O, peşəkar qarışıq döyüş növləri (MMA) karyerasında keçirdiyi 11 qarşılaşmanın hamısında qələbə qazanıb.
Onun rəqibi, 27 yaşlı Tikness isə peşəkar karyerasında doqquz qələbə və bir məğlubiyyətlə yadda qalıb.
Əbu-Dabidəki “Etihad Arena”da keçiriləcək UFC 333 turnirinin əsas döyüşündə Aleksandr Volkanovski və Movsar Yevloyev yarımyüngül çəkidə çempionluq kəməri uğrunda üz-üzə gələcəklər.
Gecənin digər titul qarşılaşmasında isə Petr Yan və Merab Dvalişvili qarşılaşacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 23 Oktyabr 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















