Icma.az
close
up
RU
UFC nin Şanxay gecəsi: Çinli döyüşçülərin benefis fürsəti

UFC nin Şanxay gecəsi: Çinli döyüşçülərin benefis fürsəti

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Sabah Azərbaycanın MMA həvəskarları UFC-nin ənənəvi döyüşlərini bir neçə saat tez izləməyə başlayacaqlar. Əsas səbəb budəfəki duellərin Çində - Şanxayda keçirilməsidir. Şanxay döyüşlərinin həm yerli azarkeşlər, həm də bütün dünya MMA həvəskarları üçün xüsusi hadisə olacağı şübhəsizdir. Turnirin əsas kartındakı cütlüklərə səthi göz gəzdirmək yetərlidir: oktaqonda müxtəlif üslub, fərqli məktəblər və həyat hekayələrinin daşıyıcısı olan döyüşçülər üz-üzə gələcəklər.

Şanxayda gecənin, bizdə isə səhərin ən maraqlı qarşılaşmalarından biri "lightheavyweight" (93 kg) çəki dərəcəsində braziliyalı Conni Uokerlə çinli Canq Minyanq arasında olacaq. Uoker öz karyerası boyu qeyri-adi döyüş tərzi, uzun zərbələri və emosional davranışları ilə tanınıb. O, MMA-ya Braziliyadakı küçə döyüşlərindən gəlib ki, əsas səbəblərdən biri də görünür, budur.

Oktaqonun əks küncündə isə Minyanq - Çin MMA məktəbinin parlaq nümayəndələrindən biri duracaq. O, ölkəsində sərt məşqlər şəraitində yetişib, əvvəlcə sanda və kikboks ilə məşğul olub, daha sonra UFC səhnəsinə çıxaraq ölkəsini böyük arenalarda təmsil etməyə başlayıb. Bu döyüş Braziliya zərbələrinin çevikliyi ilə Çin döyüş ruhunun toqquşması olacaq.

Gecənin digər diqqətçəkən qarşılaşması Brayan Orteqa ilə Alcamein Sterlinq arasında baş tutacaq. İkisi də hal-hazırda "featherweight" (66kg) çəkisinin döyüşcüləridir. Orteqa Kaliforniyada böyüyüb, gənc yaşlarından Braziliya ciu-citsusuna bağlanıb. Həyatı asan olmayıb, çətin küçə şəraitində yetişib və məhz döyüş idman növləri hesabına mürəkkəb güzərandan baş çıxarıb, həyatın çətinlikləri ilə mübarizə aparıb. O, UFC-də ən güclü "submission" ustalarından biri kimi tanınır.

Orteqanın budəfəki rəqibi Sterlinq isə Nyu-Yorkda anadan olub, əslən Yamaykadandır. O, əvvəlcə güləşlə məşğul olub, daha sonra MMA-ya keçib və UFC-də çempion olub. Onların döyüşü həm parterdə, həm də ayaqüstə gərginlik vəd edir, çünki hər ikisinin zəngin təcrübəsi var. Fərq yalnız ondadır ki, Sterlinq artıq çempion olub, yəni gördüyünü görüb.

Üçüncü maraqlı döyüş "flyweight" çəkisində (57 kg) Loner Kavana ilə Çarlz Conson arasında olacaq. İrlandiyalı Kavana əvvəllər kikboks və karate ilə məşğul olub, daha sonra MMA-ya keçərək Avropada ad qazanıb. UFC-yə gəlməsi onun uzun illər davam edən zəhmətinin bəhrəsidir. Rəqibi Conson isə ABŞ-dəndir, gənc yaşlarında atletika və döyüş idmanları ilə məşğul olub. O, MMA-da çevik hərəkətləri, dözümlülüyü və inadkar döyüş tərzi ilə seçilir. Bu qarşılaşmada gəncliyin sürəti ilə təcrübənin sabitliyi üz-üzə gələcək.

Şanxaydakı UFC turnirinin öncədən maraqla gözlənilən qarşılaşmalarından biri də "lightweight" (70 kg) çəkisində çinli Ronqju ilə amerikalı Ostin Habberdin döyüşü olacaq. Bu duel iki fərqli məktəbin toqquşmasıdır: biri gənclik, sürət və "acgöz" istəklə yüksəlməyə çalışan döyüşçü, digəri isə böyük təcrübəsi və dözümlülüyü ilə ad çıxarmış idmançı. Ronqju doğma arenada azarkeşlərin dəstəyini görəcək və təbii ki, qürrələnəcək, Habberd isə uzaqdan gəlsə də, qəfəsdə qətiyyət sahibi olduğunu göstərməyə çalışacaq. Bu qarşılaşma həm yerli, həm də xarici tamaşaçılar üçün xüsusi maraq kəsb edir, çünki nəticəsi hər iki idmançının karyerasına birbaşa təsir edəcək.

Ronqju haqqında ayrıca danışmaq yerinə düşər. O, Çində, Heişuy əyalətində, Nqavada doğulub və çox gənc yaşlarından döyüş idman növlərinə meyil göstərib. Əvvəlcə sanda və ənənəvi döyüşlərlə məşğul olub, daha sonra MMA-ya keçərək ölkəsinin perspektivli simalarından birinə çevrilib. UFC-yə düşməsi asan olmayıb - o, müxtəlif təşkilatlarda mübarizə apararaq özünü sübut edib. Ronqju "qəfəs"də dinamik, döyüşə hər an hazır və sərt üslubu ilə seçilir. Onun ən böyük üstünlüklərindən biri gənclik enerjisi və təzyiq altında qorxmadan irəli atılmasıdır. Şanxaydakı qarşılaşma onun üçün sadəcə bir döyüş deyil, həm də doğma torpaqda öz gücünü sübut etmək imkanıdır.

Bu turnir təkcə döyüşlərin nəticələri ilə yadda qalmayacaq, həm də fərqli qitələrdən gələn idmançıların həyat hekayələrinə diqqəti, əzm və qətiyyətlərini ortaya qoyacaq. Şanxayın parlaq işıqları altında keçiriləcək qarşılaşmalar hər bir azarkeşə MMA-nın niyə bu qədər cazibədar olduğunu bir daha xatırladacaq. Burada hər döyüş sadəcə qələbə və məğlubiyyət deyil - bu, illərlə çəkilmiş zəhmətin, qurbanların və böyük arzuların təcəssümüdür.

Bünyad Qaraxanlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Avqust 2025 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri