Icma.az
close
up
RU
Hindistanın “Şanxay” utancı...

Hindistanın “Şanxay” utancı...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Modinin ermənipərəst macəraları

Sentyabrın 1-də Çində baş tutan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci Zirvə toplantısı bir çox müsbət məqamları ilə diqqət çəksə də, Hindistanın apardığı qeyri-adekvat xətt yenidən özünü ortaya qoydu. Bu ölkə Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən bloklayıb. Nyu-Delhinin bu addımı gözlənilməz olmasa da, bu ölkənin yenə də radikalizm axtarışında olmasını, paralel olaraq isə birtərəfliliyini təsdiqləyir. Bu isə təbii ki, yolverilməz bir haldır.

Azərbaycan Pakistanı dəstəkləyir...

Hindistanın bu addımının ilk “səbəbi” təbii ki, Azərbaycan-Pakistan münasibətlərinin ən yüksək səviyyədə olmasından irəli gəlir. Dost, qardaş İslamabad ilə Bakı arasında əlaqələr olduqca rəngarəngdir və yüksək siyasi dialoq çərçivəsində inkişaf edir. Pakistan İslam Respublikası ən yaxın müttəfiqlərimizdən, Azərbaycana dost, qardaş ölkələrdən sayılır. Hər iki dövlət beynəlxalq səviyədə qarşılıqlı olaraq bir-birini dəstəkləyir. İqtisadi sferada intensiv şəkildə addımlar atılır, əlaqələrin daha da möhkəmlənməsi, yüksək investisiya mühitindən səmərəli istifadə üçün işlər görülür. İki ölkənin rəhbərləri arasındakı əlaqələr də dost-qardaş münasibətə söykənir. Bu il mayın 28-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Prezident İlham Əliyev arasında görüş keçirilmişdi və əməkdaşlığın inkişafı, müdafiə təhlükəsizliyi sahəsində birgə tərəfdaşlıq, bir çox sahələr üzrə əlaqələrin intensivləşdirilməsi müzakirə olunmuşdu. Eyni zamanda, iki dövlət ərazi bütövlüyü məsələsində bir-birini qarşılıqlı şəkildə dəstəkləyir. Pakistan 30 il ərzində Ermənistan-Azərbaycan münaqişəsi və onun həllinə dair prosesdə Azərbaycan tərəfinin mövqeyini birmənalı şəkildə dəstəkləyib və münaqişənin Azərbaycanın maraqlarına uyğun şəkildə ədalətli həllinin tərəfdarı kimi çıxış edib. Pakistanın Ermənistanın Azərbaycana qarşı təcavüzünə münasibətdə israrlı mövqeyinin bariz nümunəsi kimi, 1993-cü ildə BMT TŞ-da Pakistanın sədrliyi ilə işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı 822 saylı Qətnamə qəbul edilib. 44 günlük Vətən müharibəsi dövründə də Pakistan hər zaman mənəvi cəhətdən Azərbaycanın yanında yer alıb. Baş nazir Məhəmməd Şahbaz Şərif bildirmişdi ki, “Sizin Qələbəniz ədalətin hərtərəfli təntənəsinin nümunəsidir. Pakistan bu onilliklər ərzində həmişə sizin haqq işinizi dəstəkləyib”.

Nəhayət, bu ilin aprel-may ayında Cammu və Kəşmir bölgəsində yerləşən Pahalqam şəhərində baş vermiş hadisənin ardından gərginləşən münasibətlər hərbi toqquşmaya yol açmışdı və Hindistan Kəşmir bölgəsinə raket zərbələri endirmişdi. Kəşmir bölgəsində yerləşən Kotli, Bahavalpur və Muzəffərabad şəhərləri raket atəşinə tutulmuşdu - hücum zamanı doqquz obyektin vurulduğu bildirilmişdi. Bundan başqa, Hindistan qeyri-humanist addım ataraq Pakistanın içməli suya çıxışını məhdudlaşdırmışdı. Pakistanın bu addımlara layiqli cavabı nəticəsində Hindistan geri çəkildi və atəşkəs üçün müraciət etdi. Beləliklə, bu qısamüddətli qarşıdurma Pakistanın mütləq qələbəsi ilə nəticələnmişdi. Azərbaycanla dost, qardaş ölkə olan Pakistanın hücuma məruz qalması ölkəmizdə də narahatlıq yaratmışdı. Azərbaycanın Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatında Pakistana qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumlar pislənmiş, Pakistan xalqı ilə həmrəy olduğumuz vurğulanmışdı. Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin isə “X” sosial media hesabında Azərbaycana təşəkkür etmişdi, bildirmişdi ki, Pakistan Azərbaycanın davamlı dəstəyini yüksək qiymətləndirir.

İrəvanı aktiv silahlandıran və sülhə mane olan ölkə...

Hindistanın nümayiş etdirdiyi birtərəfli, ermənipərəst mövqe onu bu “bloklanmaya” sürükləyib. Diqqət yetirsək, hələ II Qarabağ müharibəsindən öncə, hətta müharibə və post-müharibə dövründə Hindistan aktiv şəkildə Ermənistanı silahlandırıb. Hələ 2016-cı il Aprel döyüşlərindən sonra Ermənistanın daha çox silahlandırılması prosesinə Hindistan da yüksək canfəşanlıqla qoşulmuşdu. 2017-ci ildən etibarən iki ölkə arasında hərbi-texniki sahədə danışıqlar intensivləşdi. Ermənistan Hindistandan əsasən artilleriya sistemləri, pilotsuz uçuş aparatları ilə mübarizə vasitələri və müxtəlif növ raket kompleksləri almaqda maraqlı oldu. 2020-ci ilin payızında başlayan müharibə zamanı Hindistanın mövqeyi açıq şəkildə Ermənistanın tərəfini tutmaqla xarakterizə olundu. Bunun sırasında Pakistan amilinin olması ilə yanaşı, diaspor amili və Ermənistanın silah bazarı kimi onun işinə yaraması da dayanırdı. Müharibə dövründə Hindistan birbaşa hərbi müdaxilə etməsə də, Ermənistanı siyasi və informasiya müstəvisində dəstəklədi. Qarabağ müharibəsindən sonra Ermənistan ordusunu yenidən qurmaq və gücləndirmək üçün müxtəlif dövlətlərlə, o cümlədən Hindistanla müqavilələr bağladı. 2022-ci ildən başlayaraq bu proses daha da intensivləşdi. Məsələn, 2022-ci ildə Ermənistan Hindistandan 250 milyon dollardan artıq dəyərdə silah sifariş etdi. Bu paketə Pinaka çoxlüləli reaktiv yaylım atəş sistemləri, zenit-raket kompleksləri və digər avadanlıqlar daxil idi. 2023-cü ildə yeni müqavilələr imzalandı və Ermənistan Hindistandan müxtəlif növ pilotsuz uçuş aparatları ilə mübarizə vasitələri, həmçinin zenit-raket sistemləri almağa başladı. 2024-cü ilin əvvəlində Hindistan istehsalı olan yeni zenit-raket komplekslərinin Ermənistana çatdırılması ilə bağlı xəbərlər yayıldı.

Beləliklə, Hindistanın Ermənistanla hərbi əməkdaşlığı həm geosiyasi rəqabətin, həm də silah ixracı siyasətinin nəticəsi kimi xarakterizə olunur - bu isə nəticədə Hindistanın ŞƏT üzvlüyü yolunda Azərbaycana maneə yaratmaq istəyinin önündə gələn səbəblərdən sayılır.

Rusiya “pərdə”sinə bürünən Delhi...

Bir çox siyasi mütəxəssislər Çinin məsələdəki müsbət rəyinə baxmayaraq Hindistanın Azərbaycanın quruma üzv olmasını blokalamasını hazırkı mövcud siyasi situasiya, geosiyasi reallıqlarla əlaqələndirirlər. Belə ki, iddia olunur ki, Hindistanın bu addımı atmasının bir səbəbi də Rusiya - Azərbaycan münasibətlərindəki mövcud soyuqluqdur. Hazırkı vəziyyəti özü üçün fürsətə çevirməyə çalışan Delhi hakimiyyəti Kremlə yarınmaq üçün belə bir mövqe sərgiləyir. Bəllidir ki, indiki geosiyasi reallıqlarda Hindistan bir çox məqamlara görə özünü təhlükədə sayır - Pakistan ilə yaşadığı problem, birtərəfli siyasətinin nəticəsi kimi ayrı-ayrı beynəlxalq qruplar tərəfindən itələnməsi, yeni siyasi nizamın formalaşmasına təsir göstərə bilməməsi (və ya minimum təsir bağışlaması) Hinistanı Rusiyanın kölgəsinə sığınmaq məcburiyyətində qoyub. Azərbaycanın Qlobal Cənubun aktiv və layiqli təmsilçisi kimi nüfuzunun artması Hindistanın maraqları ilə uzlaşmır - o isə, özünün narahatlığını gizləmək üçün Rusiya “pərdələnməsindən” istifadə etməyə  çalışır.

Modinin faşist mahiyyəti...

Nəhayət, Hindistanın bu hərəkətinin bir amili də hazırk? hakim siyasi qrupun “ideoloji xətt” ilə əlaqələndirilir. Hindistanın indiki və 16-cı baş naziri Narendra Damodardas Modinin radikal-millətçi baxışlara mənsub olması sirr deyil. Hələ gənc yaşlarından hindu millətçi təşkilatının üzvü olan Modi ən sərt anti-müsəlman bəyanatları səsləndirən şəxs kimi tanınır. Narendra Modinin doğulduğu Qucaratda 2002-ci ildə baş vermiş qırğında mindən çox müsəlman öldürülməsində rolunun olması ilə bağlı cinayət işi başlanılmışdı - Hindistan Ali Məhkəməsi onun təqsirsiz olduğunu bəyan etsə də, qırğının əks-sədası xaricdə də eşidildi. Bu siyasi fəaliyyətinə görə ABŞ Dövlət Departamenti 2005-ci ildə ona diplomatik viza verməkdən imtina etmiş, Qucarat iğtişaşları zamanı “din azadlığının xüsusilə ciddi pozuntularına” görə onun məsuliyyət daşıdığını bildirmişdi. Hindistanın ovaxtkı əyalət nazirinə həmçinin Böyük Britaniya və Avropa İttifaqı da ölkəyə giriş qadağası qoymuşdu. O, 2014-cü ilədək Qucaratın baş naziri, həmin tarixdən Hindistan hökumətinin başçısı olub. Ötən illər ərzində Modi əyalətdəki islamofob fəaliyyətini davam etdirib. Baş nazir olduqdan sonra Modinin anti-müsləman mahiyyəti daha da radikallaşıb. Zaman-zaman Pakistana hücumlar təşkil edən Hindistan hətta bəzən qeyri-insani davranışları ilə də yadda qalır. Bu isə Hindistan hakimiyyətinin heç də ölkəsinin maraqları çərçivəsində deyil, faşizmə əsaslanan ideoloji xətt üzrə hərəkət etdiyini təsdiqləyir. 

Modi hökumətinin paralel olaraq anti-türk mahiyyətinin olması da bütün çılpaqlığı ilə ortadadır. Bir neçə ay öncə, bu ilin mayında Türkiyənin Pakistanı açıq dəstəkləməsi zamanı Hindistan Türkiyənin Pakistanı dəstəkləyən bəyanatlarına sərt reaksiya verdi. Məsələn, Türkiyə Prezidenti Ərdoğanın 2019-cu il BMT-də Kəşmir məsələsi ilə bağlı mövqeyinə etiraz olaraq Modinin Ankaraya planlaşdırılan səfəri ləğv edilmişdi.

Beləliklə, müsəlmanlara qarşı ekstremist, islamofob ruhunda tərbiyə alan, böyüyən, nəhayət 1 milyard yarıma yaxın insanın bütün hüquqlarını qorumağın məsuliyyətini 3 dəfə üzərinə götürən Narendra Modi faşistləri yamsılayan əməli ilə ŞƏT-in əməkdaşlıq ruhuna xəyanət etdi...

Ticari dövriyyə...

Halbuki iki ölkə arasında müəyyən iqtisadi münasibət mövcuddur - Azərbaycan ilə Hindistan arasındakı ticarət dövriyyəsi 2024-cü ildə 957 milyon dollar təşkil edib. Bu da qarşılıqlı iqtisadi əlaqələrin müəyyən qədər fəal olduğunu göstərir. Azərbaycan Hindistana 734 milyon dollarlıq mal satıb, əvəzində Hindistandan 223 milyon dollarlıq mal alıb. 

 Lakin bu ticarət dövriyyəsinin strukturuna baxdıqda asimmetriya müşahidə olunur. Belə ki, Azərbaycanın Hindistana ixrac etdiyi malların (734 milyon dollar)  99 faizdən çoxu (730 milyon dollar) neft və neft məhsullarıdır.  Azərbaycan Hindistandan isə 223 milyon dollarlıq məhsul idxal edib, bunun əsas hissəsini düyü təşkil edib, bu isə Azərbaycanın ümumi idxalının yalnız 1%-ni təşkil edir. Üstəlik, 2025-ci ilin ilk rübündə düyü idxalı 7 faiz azalıb ki, bu da daxili tələbatın azalması ilə izah oluna bilər.

P.İSMAYILOV 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Sentyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri