UFC turnirinin əsas döyüşü təhlükədə Şon Bredi zədələndi
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Noyabrın 7-də keçiriləcək UFC Vegas 124 turnirinin əsas döyüşündə dəyişiklik baş verib. Şon Bredi zədə səbəbindən braziliyalı Qabriel Bonfimlə qarşılaşmadan çəkilib.
İdman.Biz “MMA Fighting”ə istinadən xəbər verir ki, turnirin əsas döyüşü Las-Veqasdakı “Meta APEX” arenasında baş tutmalı idi.
Məlumatı əvvəlcə jurnalist Laerte Viana yayıb, daha sonra “MMA Fighting”in mənbələri təsdiqləyib. Hazırda UFC rəhbərliyi Bonfim üçün qısa müddətdə yeni rəqib tapmağa çalışır.
Bredinin hansı zədədən əziyyət çəkdiyi hələlik məlum deyil. Amerikalı döyüşçü peşəkar karyerasında 19 qələbə qazanıb və iki dəfə məğlub olub. O, son qarşılaşmasında Xoakin Baklini məğlub edib.
20 qələbəsi və bir məğlubiyyəti olan Bonfim isə ardıcıl beş döyüşdür qalib gəlir. Braziliyalı idmançı son qələbələrindən birini UFC-nin keçmiş çempionu Belal Muhammad üzərində qazanıb.
Qeyd edək ki, UFC Vegas 124 turnirinin ikinci əsas döyüşündə Tatyana Suares və Virna Jandiroba üz-üzə gələcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 30 Oktyabr 2026 00:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















