Ufuk Polat: “Invision Design Talks” Azərbaycanla Türkiyə arasında dizayn platformasına çevrilib
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Invision Design Talks” Azərbaycan ilə Türkiyə arasında dizayn və memarlıq sahəsində əməkdaşlığın güclənməsinə xidmət edir.
“APA-Economics” xəbər verir ki, bunu “Invision Design Talks 2” forumunda “Seranit Azərbaycan” MMC-nin (Seranit Granit Seramik) rəhbəri Ufuk Polat deyib.
O bildirib ki, “Invision Design Talks” artıq ənənəvi xarakter alıb və Azərbaycanla Türkiyə arasında dizayn və memarlıq sahəsində əməkdaşlığın güclənməsinə xidmət edir.
Ufuk Polat qeyd edib ki, ötən il keçirilən ilk forumda dizaynın, memarlığın və yaradıcı ideyaların insanları bir araya gətirmək gücü bir daha öz təsdiqini tapıb.
Onun sözlərinə görə, iştirakçılardan alınan müsbət rəylər tədbirin hər il keçirilməsi üçün güclü stimul yaradıb.
“Seranit Azərbaycan” MMC-nin rəhbəri vurğulayıb ki, forum yalnız tədbir deyil, eyni zamanda, Azərbaycan və Türkiyə arasında dizayn və memarlıq sahəsində fikir mübadiləsi və peşəkar ünsiyyət platformasıdır.
Qeyd edək ki, “Invision Design Talks 2” forumu “Seranit Azərbaycan” MMC və “Sinerji Pro”nun əməkdaşlığı ilə təşkil olunub. Forum APA İnformasiya Agentliyinin media dəstəyi ilə keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 11 May 2026 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















