Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Bakıda “InVision Design Talks BAKU 2026” keçirilib

Bakıda “InVision Design Talks BAKU 2026” keçirilib

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Seranit Azerbaijan” və “Sinerji Pro” şirkətlərinin təşkilatçılığı ilə mayın 11-də Bakı Konqres Mərkəzində memarlıq, dizayn, şəhərsalma və texnologiya sahələrinin aparıcı nümayəndələrini bir araya gətirən “InVision Design Talks BAKU 2026” tədbiri keçirilib.

Ötən ilin may ayında ilk dəfə təşkil olunan və bu il ikinci dəfə keçirilən platforma memarlıq, interyer dizaynı, süni intellekt, şəhərsalma və innovativ texnologiyalar sahəsində regional və beynəlxalq fikir mübadiləsi üçün mühüm müzakirə platforması kimi çıxış edib.

Tədbirin açılış mərasimində aparıcı Eldar Kərimov layihənin məqsəd və vizyonu haqqında iştirakçılara məlumat verib. Daha sonra moderator Osman Arayıcı səhnəyə dəvət olunub və tədbirdə iştirak edən spikerlərin təqdimatı keçirilib.

Tədbirin fəxri qonağı olan Türkiyənin Azərbaycandakı səfiri professor doktor Birol Akgün çıxışında Türkiyə ilə Azərbaycan arasında münasibətlərin tarixinin ən yüksək mərhələsini yaşadığını bildirib. O vurğulayıb ki, iqtisadiyyat, siyasət, enerji, mədəniyyət və digər istiqamətlər üzrə iki ölkə arasında əməkdaşlıq sürətlə inkişaf edir.

Səfir xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Qarabağın azad edilməsinin Türkiyə-Azərbaycan münasibətlərinə yeni strateji baxış qazandırdığını qeyd edib.

“Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan artıq real mənada strateji müttəfiqə çevrilib”, – deyə B.Akgün bildirib.

Diplomat çıxışında Türk dünyasının ortaq memarlıq və şəhərsalma ənənələrinə də toxunub. O qeyd edib ki, Bakı, Səmərqənd, Buxara, Konya, Bursa, İstanbul və digər şəhərlər Türk sivilizasiyasının memarlıq və estetik baxımdan ən mühüm nümunələri hesab olunur.

“Şəhərlər yalnız yollar və infrastrukturdan ibarət deyil. Orada həmin sivilizasiyanın incə sənəti və estetikası yaşayır. Estetika sivilizasiyanın ən yüksək mərhələsidir”, – deyə səfir əlavə edib.

Birol Akgün Bakının tarixən memarlıq və estetika şəhəri olduğunu vurğulayaraq, paytaxtın bu gün də XXI əsrin memarlıq baxışlarını cəsarətlə nümayiş etdirən önəmli mərkəzlərdən biri kimi inkişaf etdiyini bildirib.

Tədbirin birinci sessiyasında memarlıq və texnologiyanın gələcəyinə həsr olunan çıxışlar təqdim olunub. Yeşeren Ersan “Süni İntellekt ilə Dizayn və Tikintidə Yeni Paradigma: Məlumat Əsaslı Yaradıcılıq və Ağıllı İstehsal” mövzusunda çıxış edərək süni intellektin dizayn və istehsal proseslərinə təsirindən danışıb.

Ardınca Sinan Kafadar “Davamlı Estetika: Statik Quruluşlardan Adaptiv Gələcəyə” mövzusunda təqdimatla çıxış edib və müasir memarlıqda adaptiv yanaşmaların əhəmiyyətini vurğulayıb.

İkinci sessiyada Sefer Çağlar “Məkan Üzərindən Sosial Qarşılıqlı Əlaqə və Təcrübə Dizaynı” mövzusunda çıxış edərək ictimai məkanların insan davranışına və sosial münasibətlərə təsirindən bəhs edib.

Tusi bəy isə “Rəqəmsal İntibah və Dizaynda Yeni Əməkdaşlıq Protokolları” mövzusunda təqdimatla çıxış edərək rəqəmsal transformasiya dövründə dizayn sahəsində yaranan yeni əməkdaşlıq modelləri barədə fikirlərini bölüşüb.

Tədbirin yekun hissəsində Özer Çiçək “Yüksək binalarda isitmə sistemlərinin xarici fasadla qarşılıqlı əlaqəsi” mövzusunda təqdimat edib. O, müasir tikililərdə enerji səmərəliliyi və fasad həllərinin mühəndislik sistemləri ilə inteqrasiyasının əhəmiyyətindən danışıb.

“InVision Design Talks BAKU 2026” iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və memarlıq, şəhərsalma, texnologiya və dizayn sahəsində yeni əməkdaşlıqlar üçün mühüm platforma kimi qiymətləndirilib.

Tədbirin sonunda təşkilatçılar iştirakçılara və qonaqlara təşəkkür edərək, “InVision Design Talks” platformasının gələcək illərdə də beynəlxalq miqyasda inkişaf etdiriləcəyini bildiriblər.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 May 2026 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see618

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see434

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see320

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see307

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see255

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see236

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see227

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see225

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see207

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see206

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see204

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see198

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see193

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see188

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see180

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see180

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see177

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see171

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see169

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri