Icma.az
close
up
RU
“Üfüq” Karyera İnkişaf Proqramının final mərhələsi keçirilib FOTOLAR

“Üfüq” Karyera İnkişaf Proqramının final mərhələsi keçirilib FOTOLAR

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Üfüq” Karyera İnkişaf Proqramının iyunun 22-də final mərhələsi təşkil olunub. SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda mübarizədə canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov açılış nitqi ilə çıxış edən bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişafı prioritet istiqamət olaraq müəyyənləşdirilib. Son illərdə aqrar sahədə aparılan ardıcıl və sistemli islahatlar, müasir texnologiyaların geniş tətbiqi, infrastrukturun yenilənməsi və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi kənd təsərrüfatının dayanıqlı, rəqabətqabiliyyətli inkişafına əhəmiyyətli töhfə verir.

Aqrar siyasətin uğurlu icrasının təkcə infrastruktur və texnologiya ilə deyil, bu sahədə çalışan peşəkar, savadlı və məsuliyyətli insan resursları ilə birbaşa bağlı olduğunu deyən nazir qeyd edib ki, “Üfüq” Karyera İnkişaf Proqramı kənd təsərrüfatı sistemində insan kapitalının inkişafı, liderlik yolunda əhəmiyyətli addımların atılması baxımından önəmli bir platforma olacaq.

Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev çıxışında “Üfüq” Karyera İnkişaf Proqramının ölkəmizdə aqrar sahədə peşəkar idarəçi, qabaqcıl mütəxəssis potensialının aşkarlanması məqsədilə ərsəyə gəlmiş mühüm təşəbbüs olduğunu bildirib.

Onun sözlərinə görə, bu müsabiqə proqressiv düşüncə, çevik idarəçilik bacarıqlarına malik peşəkarları aşkara çıxarmaqda, onların potensialını lazımi sahələrə yönləndirməkdə, eyni zamanda, peşəkar kadrların dəyərləndirilməsində və dəstəklənməsində böyük əhəmiyyət daşıyır.

Həmçinin qeyd olunub ki, müsabiqənin bütün mərhələləri tam şəffaf və qərəzsiz şəkildə həyata keçirilib. Bu prosesdə “Yüksəliş” müsabiqəsinin artıq ölkə üzrə etibarlı, peşəkar təşkilati heyətinin iştirakı, onların illərlə formalaşmış qiymətləndirmə təcrübəsi və metodoloji dəstəyi “Üfüq” proqramına əlavə güc, keyfiyyət gətirib. Məhz bu əməkdaşlıq sayəsində iştirakçıların bilik, bacarıq və liderlik potensialı obyektiv əsaslarla qiymətləndirilib, nəticədə yüksək potensiala malik kadrlar müəyyənləşdirilib.

Tədbirdə çıxış edən natiqlər müsabiqə iştirakçılarına uğurlar arzulayıb, qaliblərin qazanacağı təcrübə və biliklərin ölkəmizin kənd təsərrüfatının inkişafına layiqli töhfələr verəcəyinə əminliyini ifadə ediblər.

Diqqətə çatdırılıb ki, Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən təşkil olunan “Üfüq” Karyera İnkişaf Proqramı üzrə müsabiqədə Nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlarda inzibati vəzifə tutan, ali təhsilli 2771 nəfər qeydiyyatdan keçib, onlardan 2327 nəfər onlayn seçim - ümumi biliklərin qiymətləndirilməsi mərhələsində iştirak edib. İkinci mərhələdə uğur əldə etmiş 1331 namizəd növbəti mərhələyə keçib. Əyani seçim, yəni qabiliyyət üzrə imtahanda iştirak edən 1124 nəfərdən 205 nəfəri final mərhələsində iştirak hüququ qazanıb.

Finalda müsabiqənin əvvəlki üç mərhələsini uğurla başa vuran 191 iştirakçı mübarizə aparıb. Müsabiqənin final mərhələsi “qiymətləndirmə konfransı” (assessment conference) formatında keçirilib. ABŞ, Rusiya, Avropa ölkələrində geniş yayılan bu format böyük sayda insanların potensialını qiymətləndirmək üçün istifadə olunur.

İştirakçıların mübarizəsi müxtəlif keyslər üzərindən davam edib. Onların 6 səriştəsi - liderlik, komandada işləmə, dəyişikliklərin və innovasiyaların idarə olunması, strateji düşünmə, nəticələrə yönəlmə və effektivliyin idarə edilməsi bacarıqları ekspertlər tərəfindən qiymətləndirilir. Keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanıb, Azərbaycanın kənd təsərrüfatı, insan resursları, idarəetmə və yenidənqurma sahələrini ehtiva edir.

Müsabiqənin nəticələri 3 iş günü ərzində açıqlanacaq. Qalib gələn 25 iştirakçı fərdi inkişaf proqramına cəlb olunaraq müxtəlif təlimlərdə, kouçinq sessiyalarında, komanda quruculuğu tədbirlərində və Kənd Təsərrüfatı Nazirliyinin idarəçi rəhbərləri ilə mentorluq proqramında iştirak edəcəklər.

Qeyd edək ki, müsabiqənin əsas məqsədi Kənd Təsərrüfatı Nazirliyində intellektual səviyyəsi yüksək olan perspektivli kadrların müəyyən edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi və onların karyera inkişafına şərait yaratmaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 İyun 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri