“Üfüq” Karyera İnkişaf Proqramının qabiliyyət imtahanı keçirildi Foto
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mayın 6-da Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Üfüq” Karyera İnkişaf Proqramının 3-cü mərhələsi olan əyani seçim mərhələsi – Qabiliyyət imtahanı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda növbəli şəkildə saat 10:00 və 15:30-da aparılıb.
“Üfüq” Karyera İnkişaf Proqramının üçüncü turu olan Qabiliyyət imtahanında 1124 namizəd iştirak edib.
İmtahan Verbal, Rəqəmsal və Abstrakt təhlil olmaqla 3 test üzrə aparılıb. İmtahana ümumilikdə 4 saat vaxt ayrılıb.
İmtahanın nəticələri 5-7 iş günü ərzində “Üfüq” Karyera İnkişaf Proqramının səhifəsində iştirakçılara hesabat şəklində göndəriləcək.
İmtahandan uğurla keçən namizədlər proqramın final mərhələsinə keçəcəklər.
Qeyd edək ki, “Üfüq” Karyera İnkişaf Proqramının əsas məqsədi Kənd Təsərrüfatı Nazirliyində potensialı yüksək əməkdaşları aşkara çıxarmaq və onların karyera inkişafına şərait yaratmaqdır.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 07 May 2025 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















