Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

“Uğurlarımızla 2026 ya” Mükafatları təqdim edildi

“Uğurlarımızla 2026 ya” Mükafatları təqdim edildi

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan mədəniyyətinin inkişafına və yaradıcı gənclərin dəstəyinə həsr olunmuş “Uğurlarımızla 2026-ya” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib. Tədbir Beynəlxalq Qalereya və “Abşeron Gənclərin Maarifləndirilməsi” İctimai Birliyinin birgə təşkilatçılığı, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının dəstəyi ilə baş tutub.

Mərasimdə 2025-ci il ərzində yüksək yaradıcılıq nailiyyətləri ilə seçilən istedadlı rəssamlar, mədəniyyət sahəsində fərqlənən şəxslər və mədəni irsin təbliğində fəal iştirak edən media nümayəndələri təltif olunub. Tədbir, həmçinin gənc istedadların tanıdılması və onların gələcək fəaliyyətlərinə stimul verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək, əvvəlcə “Şəhərsalma və Memarlıq İli”in əhəmiyyətindən bəhs edib.  Sonra bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb.Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurlu nəaliyyətlərin şah əsəri heç şübhəsiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun doğma Qarabağımızı düşmən tapdağından azad etməsi və regionda yaranan reallıqlardır. Bundan əlavə 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki lokal xarakterli antiterror tədbirləri və həmin ilin 15 oktyabr tarixində isə Xankəndi və digər ərazilərimizdə üçrəngli bayrağımızın dalğalandırılması tarixi Zəfərlərimizin zirvəsi oldu. Şübhəsiz, bütün bunların fövqündə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Məhz bu ulu öndər Heydər Əliyevin görmək istədiyi müstəqil və güclü Azərbaycandır! Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir. Bu inkişaf və tərəqqidə isə gənclərimizin rolu əvəzolunmazdır. Keçirilən tədbirin əhəmiyyətindən bəhs edən Bəxtiyar Nəbiyev hər bir rəssama öz fəaliyyətlərində uğurlar arzu edib.

Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova isə “Uğurlarımızla” Milli Mükafatının artıq ölkənin mədəni həyatında ənənəyə çevrildiyini bildirib. O, 2025-ci ilin mədəniyyət sahəsində uğurlarla yadda qaldığını vurğulayaraq, keçirilən sərgilərin və layihələrin Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılmasına töhfə verdiyini qeyd edib: “Uğurlarımızla” Milli Mükafatı, yalnız bir mükafatlandırma mərasimi deyil, həm də mədəniyyətin inkişafına, yaradıcı gənclərin tanıdılmasına və onların fəaliyyətinin stimullaşdırılmasına yönəlmiş genişmiqyaslı təşəbbüsdür. Bu cür tədbirlər, ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafına, gənc istedadların üzə çıxarılmasına və onların cəmiyyətə inteqrasiyasına mühüm töhfə verir.

Beynəlxalq Qalereyanın layihə rəhbəri və tədbirin təşkilatçısı Aygün Əzizova çıxışında sənətə verilən dəyərin cəmiyyətin inkişafında mühüm rol oynadığını bildirib. O, rəssamların yaradıcılığının milli kimliyimizin və mədəni irsimizin qorunmasında əvəzsiz rol oynadığını vurğulayıb: “Bu tədbir sənətə, zəhmətə və yaradıcılığa verilən yüksək dəyərin təcəssümüdür. İnanıram ki, bu mükafat hər bir sənətçini 2026-cı ildə daha böyük zirvələrə səsləyəcək.”

Tanınmış aparıcı Çərkəz Quliyevin təqdimatında keçirilən mərasimdə gənc rəssamların müxtəlif mövzularda işlədikləri əsərlərdən ibarət sərgi nümayiş olunub. Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Rəsmi təltifetmə mərasimindən sonra tədbir Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə davam edib. Azərbaycan Respublikasının əməkdar artisti, virtuoz skripka ifaçısı və müğənni Səlim Abbasov və sevilən sənətçi Mütəllim Mütəllimov öz musiqi çıxışları ilə tədbir iştirakçılarına unudulmaz anlar yaşadıblar.

Tədbir rəqs proqramı ilə davam edib. Şuşa Dövlət Musiqili Dram Teatrının quruluşçu baletmeysteri, Bakı İstanbul Liseyinin müəllimi Amil Əhmədovun rəhbərlik etdiyi “Xarı Bülbül” rəqs qrupu, Leyla Aslanovanın bədii rəhbəri olduğu “Qaval” rəqs qrupu və Bakı Xoreoqrafiya Akademiyasının tələbəsi Fatimə Rüstəmova milli və klassik rəqs nümunələri ilə çıxış ediblər. Tamara Məmmədovanın rəhbərlik etdiyi “Mələklərim” uşaq bağçasının rəqs kollektivi isə tədbirə xüsusi sevinc və rəng qatıb.

Sonda xatirə fotoları çəkilib. Qeyd edək ki, gələcək illərdə də bu ənənənin davam etdirilməsi və belə tədbirlərin daha geniş miqyasda keçirilməsi planlaşdırılır.

Fidan Salmanova
Foto: Camal
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Yanvar 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri