Icma.az
close
up
RU
Yasamal rayonunda “Uğurlarımızla 2026 ya” adlı tədbir keçirilib FOTOLAR

Yasamal rayonunda “Uğurlarımızla 2026 ya” adlı tədbir keçirilib FOTOLAR

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Beynəlxalq Qalereya və “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin birgə təşkilatçılığı “Uğurlarımızla 2026-ya” adlı tədbir keçirilib.

YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, layihə rəhbəri Aygün Əzizova, YAP Yasamal rayon təşkilatının, Beynəlxalq Qalereyanın və “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin əməkdaşları, media nümayəndələri, müxtəlif yaş qruplarından olan rəssamlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə ilk öncə Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ilk öncə “Şəhərsalma və Memarlıq İli”in əhəmiyyətindən bəhs edib. Sonra bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb.Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurlu nəaliyyətlərin şah əsəri heç şübhəsiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun doğma Qarabağımızı düşmən tapdağından azad etməsi və regionda yaranan reallıqlardır. Bundan əlavə 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki lokal xarakterli antiterror tədbirləri və həmin ilin 15 oktyabr tarixində isə Xankəndi və digər ərazilərimizdə üçrəngli bayrağımızın dalğalandırılması tarixi Zəfərlərimizin zirvəsi oldu. Şübhəsiz, bütün bunların fövqündə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Məhz bu ulu öndər Heydər Əliyevin görmək istədiyi müstəqil və güclü Azərbaycandır! Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir. Bu inkişaf və tərəqqidə isə gənclərimizin rolu əvəzolunmazdır. Keçirilən tədbirin əhəmiyyətindən bəhs edən Bəxtiyar Nəbiyev hər bir rəssama öz fəaliyyətlərində uğurlar arzu edib.

Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova və layihə rəhbəri Aygün Əzizova bu gün müstəqil Azərbaycanın uğurla inkişaf etməsinin məhz Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin bəhrəsi olduğunu, həmin siyasi xəttin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Həmçinin İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfərin ölkəmizin hərbi qüdrəti ilə yanaşı, həm də Ümummilli Liderimiz Heydər Əliyevin böyük müdrikliklə işləyib hazırladığı və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət strategiyasının qələbəsi olduğunu bildirib. Çıxışlarda sərginin təşkilinə görə başda sədr Bəxtiyar Nəbiyev olmaqla YAP Yasamal rayon təşkilatına öz minnətdarlıq bildirilib. Çıxışlarda rəssamların təqdim etdikləri əsərlər və sərginin yüksək səviyyədə təşkilindən bəhs olunub. Bu cür tədbirlərin bu sahənin inkişafının və gənclərin, müxtəlif yaş qrupundan olan soydaşlarımızın ictimai-mədəni sahədə fəallığının artırılmasında mühüm rol oynadığı vurğulanıb.

Çıxışlardan sonra müxtəlif yaş qrupundan olan rəssamlara 2025-ci il ərzində uğurlu fəaliyyətə və qazanılan nəaliyyətlərə görə “Uğur ulduzu” adlı milli mükafatları və hədiyyələr təqdim edilib.

Sonra Yeni Azərbaycan Partiyasınını Himni səsləndirilib. Bədii hissə təqdim edilib.

Sonda xatirə şəkli çəkdirilib.

Tədbirə müxtəlif yaş qruplarından olan rəssamların rəsm əsələrindən ibarət sərgiyə baxışın keçirilməsii ilə yekun vurulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Yanvar 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri