Icma.az
close
up
RU
Uğurlu diplomatiya marafonunda on gün

Uğurlu diplomatiya marafonunda on gün

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fərqli coğrafiyalar, eyni siyasi məram – Prezidentin ardıcıl beynəlxalq çıxışları Azərbaycanın geosiyasi çəkisini artırdı

Ötən on gündə baş verən hadisələrə nəzər yetirsək, Azərbaycanın siyasi salnaməsində Prezident İlham Əliyev diplomatiyasının miqyasını göstərən dövrü bir daha görə bilərik. Ölkə başçısı təqribi 10 gün ərzində üç fərqli məkanda — Avropanın qəlbi Kopenhagendə, ölkəmizin gözəl diyarlarından biri olan Qəbələdə və Mərkəzi Asiyanın strateji nöqtəsi Düşənbədə keçirilən yüksək səviyyəli beynəlxalq sammitlərdə iştirak etdi. Dövlətimizin başçısının səfərləri coğrafi xəritədə bir-birindən minlərlə kilometr uzaqda olsa da, mahiyyət etibarilə eyni strateji xəttin, Azərbaycanın çoxşaxəli diplomatiyasının və qlobal mövqeyinin güclənməsinin davamı idi.

Prezident İlham Əliyevin Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirakı Avropanın enerji təhlükəsizliyi, regional münaqişələr və strateji tərəfdaşlıqlar kimi müzakirələrdə ölkəmizin əhəmiyyətli rolunu bir daha təsdiqlədi. Zirvə toplantısında 50-yə yaxın dövlət başçısı iştirak etdi. Kopenhagen platformasında ölkə başçısının mövqeyi xüsusi diqqət çəkdi. Nəzərə alsaq ki, Avropanın enerji xəritəsində rəsmi Bakının payı artıq ötən ildən etibarən 12 ölkəni əhatə edir, 2027-ci ilə qədər qaz ixracının 20 milyard kubmetrə çatdırılması planı artıq real görünür. Azərbaycan burada resurs ixrac edən ölkə ilə yanaşı, yaşıl enerjiyə keçid strategiyasını reallaşdıran model dövlət kimi mühüm rol oynayır.

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü isə Azərbaycanın regiondakı liderlik mövqeyinin növbəti əyani göstəricisi idi. Prezident İlham Əliyevin çıxışı ortaq türk kimliyinin dərin köklərinə, müasir geosiyasi reallıqlara əsaslanırdı. Görüş zamanı səsləndirilən fikirlər əslində Türk dünyasının gələcək iqtisadi, enerji və nəqliyyat inteqrasiyasının yol xəritəsi kimi yadda qaldı. Xüsusi vurğulanmalıdır ki, Azərbaycan TDT-də ideoloji və strateji mərkəz kimi qiymətləndirilir. Zəngəzur dəhlizi, enerji kəmərləri, nəqliyyat əlaqələri kimi məsələlərdə rəsmi Bakının səsləndirdiyi təşəbbüslər artıq Türk dünyasının gələcək planının bir hissəsinə çevrilib.

Tacikistanın paytaxtında keçirilən Düşənbə sammiti isə diplomatik marafonun Mərkəzi Asiya həlqəsini tamamladı. Burada Prezident Əliyev Mərkəzi Asiya liderləri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda mühüm görüşlər keçirdi. Ölkə başçısının MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı da bir sıra əhəmiyyətli mesajlarla yadda qaldı. Prezident çıxışı zamanı Tacikistan ilə ikitərəfli münasibətlərin yüksələn xəttlə inkişafını qeyd etdi, əlaqələrin dostluq və qarşılıqlı dəstəyə əsaslandığını vurğuladı. Ümumiyyətlə, ölkəmiz tarixi-mədəni bağlılıqla yanaşı, strateji enerji və nəqliyyat körpüsü funksiyasına görə Mərkəzi Asiya regionunda etibarlı tərəfdaş kimi qəbul olunur. Xəzərdən başlayıb Çin sərhədlərinə qədər uzanan yeni logistik xəttlərdə rəsmi Bakının iştirakı Düşənbə danışıqlarında bir daha təsdiqləndi. 

Beləliklə, bu  on gün liderlik ritminin xronometrajı kimi dəyərləndirilməlidir. Fərqli gündəm, fərqli auditoriya qarşısında müxtəlif coğrafiyalarda ölkə başçısının çıxışları beynəlxalq münasibətlərdəki çoxşaxəli düşüncə tərzini göstərdi. Ölkə başçısının səfərləri həm də Azərbaycanın beynəlxalq imicinin transformasiyası idi. Əgər bir zamanlar dövlətimiz daha çox regional oyunçu kimi tanınırdısa, indi qlobal gündəmi formalaşdıran və müxtəlif geosiyasi məkanlar arasında balans yaradan güc kimi çıxış edir. Prezidentin ardıcıl diplomatik fəaliyyəti də əslində, bu yeni statusun ən bariz göstəricisidir. Yeri gəlmişkən, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məsələ ilə bağlı "X" sosial şəbəkəsində paylaşım edib. Hikmət Hacıyev ölkə başçısının 10 gün ərzində üç sammitdə iştirakını Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürü kimi qiymətləndirib: "1-2 oktyabr - Avropa Siyasi Birliyinin sammiti, Kopenhagen. Aİ və digər tərəfdaşlarla görüşlər və müzakirələr; 6-7 oktyabr - Qəbələdə Türk Dövlətləri Təşkilatının sammiti. Türk dünyasının həmrəyliyi və birliyi; 9-10 oktyabr - Düşənbədə MDB Sammiti", - Prezidentin köməkçisi xatırladıb.

Nəzrin ELDARQIZI

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Oktyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see342

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see287

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see274

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see258

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see257

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see242

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see232

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see220

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see207

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see196

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see196

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see194

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see193

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see191

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see186

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see181

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see172

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see169

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri