Icma.az
close
up
RU
Uğurlu diplomatiya və yüksək beynəlxalq nüfuz

Uğurlu diplomatiya və yüksək beynəlxalq nüfuz

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Azərbaycan yüksək sosial-iqtisadi inkişafa nail olmaqla qlobal dünyanın müasir və qüdrətli dövlətinə çevirib. Əldə etdiyimiz bütün uğurların təməlində ümummilli liderimiz Heydər Əliyevin siyasi uzaqgörənliyi, müdrikliyi və Prezident İlham Əliyevin uğurlu diplomatiyası dayanır. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, aparılan çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan yüksək beynəlxalq nüfuza malik olmaqla regionun ən güclü və suveren ölkəsinə çevrilib. Dövlətimiz bu gün güclü iqtisadiyyata, yenilməz orduya, dünya birliyində yüksək mövqeyə sahib olmaqla yanaşı, faydalı sosial siyasətə malik bir ölkədir. Həyata keçirilən praqmatik strategiya Azərbaycana beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı tərəfdaş imici qazandırıb. Uğurlu diplomatiyaya malik olan Azərbaycan Prezidentinin yürütdüyü xarici siyasət nəticəsində ölkəmizin 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 4 il sədrlik etməsi, 200 ölkənin yekdil qərarı əsasında 80 dövlət və hökumət başçısının, ümumilikdə 196 ölkə üzrə qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-a Bakının yüksək səviyyədə ev sahibliyi etməsi Prezident İlham Əliyev diplomatiyasının uğuru, müasir Azərbaycanın qüdrətinin və yüksək beynəlxalq nüfuzunun göstəricisidir.BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) -un Bakıda keçirilməsi yalnız ekoloji deyil, həm də geosiyasi baxımdan mühüm bir hadisə oldu. Bu beynəlxalq, tarixi tədbir Azərbaycanın qlobal diplomatiyada artan rolunu göstərdi və ulu öndər Heydər Əliyevin “Vaxt gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrinin reallığa çevrildiyini dünyaya sübut etdi, ölkəmizə qarşı genişmiqyaslı, planlaşdırılmış qarayaxma kompaniyası aparanların əsassız iddia və təhdidlərini fiaskoya uğratdı.Müstəmləkəçilik siyasəti yürüdən Fransa kimi bəzi Qərb dövlətlərinin və erməni lobbisinin ölkəmizə qarşı məkirli planına baxmayaraq, qısa müddət ərzində bütün işlər uğurla həyata keçirildi, tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün lazımi infrastruktur yaradıldı və dünyanın diqqət mərkəzində olan COP29 təhlükəsizlik şəraitində baş tutdu. Bu beynəlxalq tədbir Azərbaycan dövlətinin və xalqının növbəti möhtəşəm nailiyyəti oldu. Qısa müddət ərzində yüksək peşəkarlıq və fədakarlıq göstərməklə bütün hazırlıq işlərini ən yüksək səviyyədə həyata keçirən Azərbaycan dünya birliyinin növbəti dəfə etimadını və inamını doğrultdu.Azərbaycanın prezidentliyi və ev sahibliyi ilə COP29-da bir çox mühüm qərarlar qəbul edildi. Belə ki, Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi, İtki və Zərər Fondu tam şəkildə insitutlaşdırıldı, Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Bundan əlavə COP29-da qəbul olunan ən önəmli qərarlardan biri də inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək.

COP29 sadəcə iqlim dəyişikliyi mövzusunda deyil, həm də Azərbaycanın beynəlxalq səviyyədə öz liderlik qabiliyyətini nümayiş etdirmək yolunda yeni tarixi bir addım oldu. Bakı dünya siyasətinin ən mürəkkəb problemlərin müzakirə olunduğu bir məkana çevrildi. Bu konfrans Azərbaycanın yalnız müşahidəçi deyil, qlobal çağırışlara cavab verən lider olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycan təkcə Cənubi Qafqazda deyil, həm də Avropa və Asiyanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən biri kimi tanınır və iqlim böhranı ilə mübarizə aparan ölkələr arasında unikal bir mövqeyə malikdir. Ölkəmiz son illərdə alternativ enerji mənbələrinə keçidi sürətləndirməkdə davam edir. Belə ki, “Yaşıl dünya naminə həmrəylik ili” kimi təsdiqlənmiş 2024-cü ilin sonuna qədər Azərbaycan enerji istehsalının 30 faizini bərpa olunan mənbələrdən təmin etməyi planlaşdırır.
Beləliklə, beynəlxalq diplomatiya tarixinə ölkəmizin adını yazdıran COP29 tədbirinin uğurla başa çatması və iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə Azərbaycanın verdiyi töhfə ölkənin beynəlxalq nüfuzunu daha da artırdı.

Vüqar İsayev
YAP Göygöl rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Noyabr 2024 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see294

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see294

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see290

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see271

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see269

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see263

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see262

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see241

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see226

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see214

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see213

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see213

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see211

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see209

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see207

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see201

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see197

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see189

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see182

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri