Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Uğurlu əməkdaşlığın növbəti parlaq təzahürü...

Uğurlu əməkdaşlığın növbəti parlaq təzahürü...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

III Milli Şəhərsalma Forumu Azərbaycanın müasir urbanizasiya və beynəlxalq tərəfdaşlıqda liderliyini nümayiş etdirir

Müasir dövrdə şəhərsalma siyasəti təkcə memarlıq və infrastruktur məsələsi deyil - bu, eyni zamanda, milli inkişafın strateji istiqamətlərindən biri kimi, sosial rifahın təminat mexanizmi və iqlim çağırışlarına cavab olan kompleks sistemin formalaşdırılmasıdır. Azərbaycanın milli inkişaf konsepsiyası çərçivəsində formalaşan yeni şəhərsalma metodologiyası da məhz bu yanaşmaya əsaslanır. Bu konsepsiya həm iqtisadi dayanıqlılığa, həm sosial rifaha, həm də ətraf mühitə uyğunluğa xidmət edən çoxşaxəli bir model kimi çıxış edir.

Ölkədə həyata keçirilən şəhərsalma siyasəti uzunmüddətli planlaşdırmaya, regional balanslı inkişafa və “ağıllı şəhər - ağıllı kənd” konsepsiyalarının reallaşmasına söykənir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma prosesi Azərbaycanın urbanizasiya sahəsindəki strateji baxışını və icra potensialını nümayiş etdirir. Burada söhbət yalnız dağıdılmış ərazilərin bərpasından deyil, tamamilə yeni tipli yaşayış məntəqələrinin - “yaşıl enerji”, ekoloji uyğunluq, innovativ idarəetmə prinsipləri əsasında qurulan müasir şəhərlərin formalaşmasından gedir.

Bu istiqamətdə Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələri də günü-gündən genişləndirilir. Adıçəkilən məqsəd ətrafında mühüm müzakirələr və toplantılar baş tutur. Yeri gəlmişkən, belə tədbirlərdən biri, 3-cü Milli Şəhərsalma Forumu  oktyabrın 15-də Xankəndi şəhərində işə başlayıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə tərəfdaşlığı çərçivəsində “İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusunda keçirilən tədbirdə 60-dan çox ölkədən 200-dən artıq xarici qonağın, ümumilikdə, 400-ə yaxın nümayəndələr - dövlət və özəl qurumların nümayəndələri, beynəlxalq təşkilatların, akademik institutların və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edir. Forumda münaqişə və təbii fəlakətlərdən sonrakı dayanıqlı bərpa prosesləri, mənzil təminatı və layiqli yaşayış məskənləri, dayanıqlı və sağlam şəhərlər, ekoloji və enerji üzrə effektiv təcrübələr, rəqəmsallaşma və innovativ yanaşmalar, Davamlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyi, regional və beynəlxalq tərəfdaşlıqların inkişafı kimi mövzularda müzakirələr aparılır. Bu kimi mühüm bir tədbirin Azərbaycanda keçirilməsi isə ölkəmizə olan etimadın göstəricisidir. Prezident İlham Əliyevin Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına ünvanladığı müraciətində bildirilir ki, Azərbaycanda üçüncü dəfə təşkil olunan və artıq ənənə halını almış bu tədbir şəhərsalma sahəsində milli, regional və beynəlxalq tərəfdaşları bir araya gətirərək təcrübə mübadiləsi aparmaq, yeni təşəbbüslər formalaşdırmaq və əməkdaşlığı gücləndirmək üçün mühüm platforma rolunu oynayır. BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində keçirilən Milli Şəhərsalma Forumları Azərbaycanın bu sahədə beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlığının növbəti parlaq təzahürüdür.

Genişmiqyaslı bərpa və quruculuq işləri

Azərbaycanın son 30 illik tarixində işğal amili təkcə torpaq itkisi deyil, həm də urbanizasiya mədəniyyətinin, sosial-iqtisadi infrastrukturun və tarixi-mədəni irsin məhv olmasına yol açmışdı. İşğal nəticəsində şəhər və kəndlər tamamilə viran edilmiş, yerüstü həyat izləri məhv edilmiş, mədəni abidələr dağıdılmış, ərazilər mina çirklənməsinə məruz qalmışdı. Bu proses nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma yurdundan didərgin düşmüşdü. Lakin 2020-ci ildəki 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə ölkənin yeni inkişaf səhifəsini açdı. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin azad edilməsi Azərbaycan üçün yalnız torpaq bütövlüyünün bərpası deyil, həm də şəhərsalma və regional planlaşdırma baxımından “bərpa və dirçəliş dövrü” demək oldu.  Prezident İlham Əliyev müraciətində bildirib ki, bu gün Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir. Regionun ümumi planlaşdırılması başa çatıb. 13,6 min kvadratkilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur. Əhalisi 300 min nəfərdən çox olan 8 şəhər və 90 kəndin Baş planları artıq təsdiqlənib. İşğaldan azad olunmuş 6 şəhər, 2 qəsəbə və 20 kəndə insanlar geri qayıdaraq məskunlaşıb.

Artıq bu ərazilərdə meqaişlər aparılır. Bu isə təkcə bərpa deyil, həm də Azərbaycanın müasir şəhərsalma konsepsiyasının praktik təzahürüdür. Azərbaycan dünyaya sülh və inkişaf modeli təqdim etdiyi kimi, müasir şəhərsalma mədəniyyətinin yeni bir mərhələsini də təqdim edir.

Layihələr sürətlə həyata keçirilir...

Post-müharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri yalnız binaların tikintisindən, kəqd və şəhərlərin salınmasından ibarət deyil - burada yaradılan infrastruktur tamamilə dayanıqlı inkişaf prinsiplərinə əsaslanır. İnşa olunan 3 beynəlxalq hava limanı (Füzuli, Zəngilan, Laçın) regionun nəqliyyat sisteminə strateji məna verir və iqtisadi dövriyyəni canlandırır. Paralel şəkildə avtomobil və magistral yollar, dəmir yolu xətləri, enerji və rabitə infrastrukturu qurulur. Bu region, eyni zamanda, Azərbaycanın “yaşıl enerji zonası” elan edilib. Burada 10 min meqavat gücündə Günəş və külək enerjisi potensialı mövcuddur. Artıq bir neçə beynəlxalq tərəfdaşla - BƏƏ, Səudiyyə Ərəbistanı, Çin və Böyük Britaniyanın enerji şirkətləri ilə layihələr icra edilir. Bu təşəbbüslər Qarabağ və Şərqi Zəngəzuru həm enerji baxımından müstəqil, həm də iqlim dəyişikliklərinə qarşı dayanıqlı məkana çevirir. Dövlət başçısının müraciətində bildirilir ki, müasir şəhərsalma prinsiplərinin tətbiqi ilə Qarabağ və Şərqi Zəngəzur regionlarının dayanıqlı infrastrukturunun qurulması, yaşayış məntəqələrinin yenidən salınması və əhalinin qayıdışı üçün zəruri şəraitin yaradılması istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Burada son dörd il ərzində 3 yeni beynəlxalq hava limanı, avtomobil və magistral yolları, yeni dəmir yolu infrastrukturu inşa olunub, həmçinin yaşayış evləri, səhiyyə müəssisələri, təhsil ocaqları və digər sosial infrastrukturun tikintisi davam etdirilir: “İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində enerji infrastrukturunun yenidən qurulmasına və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm verilir. “Yaşıl enerji” zonası elan edilmiş və 10 min meqavat “yaşıl enerji” üzrə texniki potensiala malik Qarabağ və Şərqi Zəngəzurda Günəş və külək enerjisi layihələri sürətlə həyata keçirilir. Burada “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur”.

Bildirilməlidir ki, bütün bu işlərlə yanaşı, sosial infrastrukturun - məktəblərin, xəstəxanaların, mədəniyyət mərkəzlərinin və yaşayış komplekslərinin tikintisi də paralel şəkildə aparılır. Bu, urbanizasiya modelində insan amilinin prioritet götürüldüyünü göstərir.

Regional iqtisadi dirçəliş və məşğulluq...

Yeni şəhərsalma metodologiyasının əsas məqsədlərindən biri də əhalinin daimi məskunlaşması və iqtisadi fəallığın təmin edilməsidir. Bunun üçün Qarabağ və Şərqi Zəngəzurda sənaye parkları və iqtisadi zonalar yaradılır - Ağdam Sənaye Parkı, Cəbrayıl və Zəngilan iqtisadi zonaları bu baxımdan nümunəvidir. Bu layihələr yerli istehsalın genişlənməsinə, ixrac potensialının artmasına və minlərlə yeni iş yerinin açılmasına şərait yaradır. Müraciətdə vurğulanır ki, regionda iqtisadi inkişafın və məşğulluğun təmin edilməsi məqsədilə sənaye parkları, iqtisadi zonalar yaradılır. Bütün bunlar yerli istehsal imkanlarının genişləndirilməsi və yeni iş yerlərinin açılması ilə yaşayış məntəqələrinin dayanıqlı inkişafına töhfə verir: “Eyni zamanda, salınan yeni yol infrastrukturu sayəsində Qarabağ və Şərqi Zəngəzurun Bakı və ölkənin digər əraziləri ilə birbaşa əlaqələndirilməsi bu regionların sürətli iqtisadi və sosial inkişafına xidmət edir. Bu gün “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 60 minə yaxın insan bu ərazilərdə yaşayır, işləyir və təhsil alır”.

Yerli resurslara əsaslanan istehsal, aqrar sənaye klasterləri və xidmət sektoru Qarabağın iqtisadi strukturunun əsas dayaqlarına çevrilməkdədir. Bu, həm də “qayıdışın iqtisadi təməli” kimi çıxış edir - yəni insanların uzunmüddətli sosial inteqrasiyası üçün iqtisadi dayanıqlıq təmin edilir.

Beynəlxalq tərəfdaşlıq və yeni urbanizasiya modeli...

Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi təcrübə artıq beynəlxalq miqyasda tanınır. BMT-nin “Un-Habitat” proqramı, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi qurumlar Azərbaycanın “ağıllı şəhər və ağıllı kənd” modellərini iqlimadaptiv və sosial innovativ yanaşma nümunəsi kimi təqdim edirlər. Ölkə həmçinin COP29 kimi qlobal tədbirlərə ev sahibliyi etməklə iqlim və şəhərsalma sahəsində dayanıqlı inkişaf platforması rolunu möhkəmləndirir. Azərbaycanın bu istiqamətdə beynəlxalq tərəfdaşlığı urbanizasiya siyasətinin texnoloji və elmi əsaslarını gücləndirir, eyni zamanda, milli təcrübənin dünya miqyasında paylaşılmasına imkan yaradır. Dövlət başçsının müraciətində vurğulanır ki, Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi qabaqcıl təcrübə beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. “Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma sahəsində qlobal çağırışların həllində və innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. Bu sahədə beynəlxalq əməkdaşlıq, xüsusilə də BMT-nin Məskunlaşma Proqramı ilə birgə həyata keçirilən təşəbbüslər xüsusi önəm daşıyır. 2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir”, - deyə muraciətdə qeyd olunur.

Beləliklə, Azərbaycanın milli inkişaf konsepsiyasında formalaşan yeni şəhərsalma metodologiyası təkcə bərpa və tikinti prosesi deyil, həm də yeni həyat fəlsəfəsinin qurulmasıdır. Bu modeldə əsas hədəf - insan, təbiət və iqtisadiyyatın harmoniyasını təmin etməkdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr Azərbaycanın həm müasir, həm də dayanıqlı urbanizasiya siyasətinin real göstəricisinə çevrilib. Azərbaycan “bərpadan quruculuğa, quruculuqdan nümunəyə” keçid mərhələsini uğurla reallaşdırır və bu təcrübə regional miqyasda yeni şəhərsalma fəlsəfəsinin formalaşmasına yol açır.

P. SADAYOĞLU

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Oktyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri