Icma.az
close
up
RU
Uğurlu fəaliyyət, effektiv yanaşma

Uğurlu fəaliyyət, effektiv yanaşma

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlət başçısı İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 21 il müddətində daim xalqın mənafeyindən çıxış etmişdir. Ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında yüksək dəyərləndirilir, eləcə də dünya mətbuatında işıqlandırılır.

Ümumiyyətlə, bu gün Azərbaycan dünyada təkcə siyasi, sosial-iqtisadi uğurları ilə deyil, eyni zamanda, idman sahəsində də əldə etdiyi nəticələrlə bütün diqqəti öz üzərinə çəkmişdir. Məlumdur ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin düşdüyü böhranlı vəziyyət idmanı da tənəzzülə uğratmışdı. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra idmana münasibət kökündən dəyişdi. Azərbaycan xaos və anarxiya girdabından çıxdığı zaman idmanın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi.
İdman sahəsində həyata keçirilən siyasət 1997-ci ildən yeni mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi sahələrdə uğurlar qazanan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsi idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi.
Dövlət başçısı həm Azərbaycan Respublikasının Prezidenti, həm də MOK rəhbəri olaraq ölkəmizdə idmanın inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Ötən dövrdə Azərbaycan beynəlxalq Olimpiya hərəkatında ciddi tərəfdaşa çevrilmişdir. 2004-cü il Afina, 2008-ci il Pekin və 2012-ci il London, 2016-ci il Rio-de-Janeyro və 2021-ci il Tokio Olimpiya Oyunlarında qazanılmış uğurlar bunu deməyə əsas verir.
Prezident İlham Əliyev idman infrastrukturunun möhkəmləndirilməsi, genişləndirilməsi, yeniləşdirilməsi və bu sahənin inkişafına da xüsusi diqqət yetirir. Ölkənin bütün bölgələrində idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən idman infrastrukturunun formalaşdırılması mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilmişdir.
Bu gün uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünya idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş kimi qəbul olunur. Eyni zamanda, Azərbaycan beynəlxalq miqyaslı turnirlərə ev sahibliyi edərək idman ölkəsi kimi tanınır. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın idman sahəsində əldə etdiyi uğurların nəticəsidir. Tam əminliklə söyləmək olar ki, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanı hələ çox yüksəlişlər gözləyir.

Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Dekabr 2024 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri