Icma.az
close
up
RU
Geosiyasi çəkişmələrin qovuşuğunda yeni dünya nizamına uğurlu yanaşma

Geosiyasi çəkişmələrin qovuşuğunda yeni dünya nizamına uğurlu yanaşma

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Mayın 15-də Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin VI Zirvə toplantısı yalnız diplomatik protokol səviyyəli tədbir deyil – bu toplantı Avrasiyada dəyişən güc nisbətlərinin, çoxqütblü sistemdə yüksələn regional aktorların və strateji sabitlik naminə formalaşan yeni diplomatik konfiqurasiyaların təcəssümüdür. Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sammitdə iştirakı təkcə region üçün deyil, qlobal siyasi gündəmin formalaşması baxımından da əlamətdar hadisədir.

“Avropa Siyasi Birliyi” (ASB) ideyası Avropa qitəsində həm Avropa İttifaqına üzv, həm də qeyri-üzv dövlətlərin ortaq təhlükəsizlik və əməkdaşlıq platforması kimi 2022-ci ildə irəli sürüldü. Bu təşəbbüs əslində qlobal sistemdə baş verən parçalanmalara, Ukrayna müharibəsi fonunda yaranan yeni bloklaşmalara və enerji böhranına cavab olaraq, Avropanın öz daxilində siyasi dialoqu dərinləşdirmək cəhdidir. Azərbaycanın bu platformada fəal iştirakı isə onun Avropa ilə münasibətlərində enerji, iqtisadi, həm də siyasi və təhlükəsizlik kontekstində dərinləşən bir mərhələnin göstəricisidir. Azərbaycan artıq bu sammitlərin daimi iştirakçısı kimi tanınır və bu, ölkənin beynəlxalq müstəvidə konstruktiv və balanslı aktor rolunu təsdiqləyir. Tirana sammitində Prezident İlham Əliyevin iştirakı həm qlobal diplomatiyada Azərbaycan rolunun möhkəmlənməsi, həm də regional liderlik ambisiyalarının yeni mərhələyə keçidi baxımından strateji əhəmiyyət daşıyır. Diplomatiyada “Azərbaycan məktəbi” – güc, hüquq və dəqiqlikdir. Prezident İlham Əliyevin xarici siyasət fəlsəfəsi sadə formullarla izah olunmayacaq qədər kompleksdir. O, güc tətbiqini diplomatik iradə ilə birləşdirən, hüququn aliliyini geosiyasi realizmlə sintez edən bir doktrinanın müəllifidir. 2022-ci ildə Praqada keçirilən ASB sammitində Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınması, Ermənistanın və onun havadarlarının ritorik üstünlüyünün neytrallaşdırılması bu diplomatik məktəbin dərsliyi sayıla bilər. Tirana sammiti isə bu məktəbin “yüksək kursu”dur. Bu toplantı Azərbaycanın artıq yalnız regional gündəm deyil, Avropa təhlükəsizliyi və enerji siyasəti kimi strateji məsələlərdə də söz sahibi olmasını göstərdi. Prezident İlham Əliyevin toplantıda iştirakı vasitəsilə aşağıdakı geosiyasi mesajları verdi: Azərbaycan postmünaqişə dövründə sülh quruculuğu və yeni əməkdaşlıq çərçivəsi təklif edən lider ölkədir; Avropa ilə enerji və nəqliyyat sahəsində sistemli inteqrasiyanı təşviq edən strateji təchizatçıdır; Çoxqütblü dünya düzənində suverenliyini qorumaqla qlobal dialoqa töhfə verən balanslaşdırıcı qüvvədir.

“Orta güc” modeli

Müasir dünyada “orta güc” (middle power) anlayışı yalnız miqyasla deyil, təsir dairəsi və diplomatik çevikliklə ölçülür. Kanada, Türkiyə, Cənubi Koreya kimi ölkələrin təmsil olunduğu bu modelə artıq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çevik və prinsipial xarici siyasət sayəsində Azərbaycan da qoşulmuşdur.

Bu gün Azərbaycanın iştirakı olmadan nə Qafqazda, nə Mərkəzi Asiyada, nə də Avropa-Asiya tranzitində strateji qərarlar qəbul edilə bilməz. Ölkəmizin bu statusa yüksəlməsi təsadüfi deyil – bu, illərlə aparılan dövlət quruculuğunun, hərbi-siyasi balansın və beynəlxalq diplomatiyada ardıcıl davranışın nəticəsidir.

Enerji diplomatiyasından qlobal təsirə

Azərbaycanın Avropa enerji təhlükəsizliyində rolu artıq texniki məsələ deyil – bu, siyasi və strateji təhlil predmetidir. Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyi fəlsəfəsinin, alternativ marşrutlar üzərindən suveren qərarların simvoludur. Avropa İttifaqının 10-dan çox ölkəsi bu gün Azərbaycan qazından asılıdır və bu asılılıq rəsmi Bakının mövqeyini daha da gücləndirir.

Bakı artıq enerji mənbəyi deyil, enerji fəlsəfəsi ixrac edir. Bu fəlsəfənin mərkəzində isə bərabərhüquqluluq, qarşılıqlı maraq və siyasi şərt qoyulmadan əməkdaşlıq prinsipləri dayanır.

Azərbaycan geoiqtisadi gücə malikdir. Ölkəmizin Orta Dəhlizdəki lider rolu, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Limanı və digər logistik infrastruktur layihələri yalnız tranzit ölkə deyil, regional iqtisadi sinerjinin təşəbbüskarı olduğunu təsdiqləyir. Çinlə imzalanmış strateji tərəfdaşlıq sənədi isə Azərbaycanın Avrasiya dəhlizlərindəki liderliyini Pekin kimi qlobal güclər tərəfindən də tanındığını göstərir.

Bu infrastruktur həm də Azərbaycanın “yumşaq güc”ünün əsas dayağıdır – iqtisadi sabitlik və qarşılıqlı asılılıq müharibələrə qarşı ən güclü sipərdir.

Azərbaycanın yeni diplomatik kodları prinsipiallıq və təşəbbüskarlıqdır. Rəsmi Bakının diplomatiyası proaktivdir. Prezident İlham Əliyev yalnız çağırışlara cavab vermir, yeni gündəmlər formalaşdırır. BMT-də neokolonializmə qarşı çıxışlar, Qoşulmama Hərəkatına sədrlik, Türk Dövlətləri Təşkilatındakı təşəbbüslər Azərbaycanın yeni beynəlxalq imicini – prinsipial, təşəbbüskar və ədalətə əsaslanan güc mərkəzi modelini formalaşdırır. Azərbaycan bu gün Avropa, eyni zamanda Qlobal Cənub üçün də örnək modeldir. Bu, neft və qazla deyil, siyasi iradə və strateji baxışla qurulmuş nüfuzdur.

Tirana Sammiti Azərbaycanın geosiyasi yüksəlişinə yeni baxışdır. Sammitdə Prezident İlham Əliyevin iştirakı Azərbaycanın qlobal geosiyasi aktivliyə malik olduğunu bir daha təsdiqlədi. Azərbaycan bu gün öz ərazisinin bütün hissəsində suverenliyini bərpa etmiş, müstəqil qərar verə bilən, dialoqa açıq, prinsipial bir dövlətdir. Bu status həm region, həm də Avropa siyasi nizamı üçün yeni imkanlar, sabitlik və ortaq gələcək vəd edir.

Prezident İlham Əliyev diplomatiyada yalnız lider deyil, həm də strateqdir. Onun rəhbərliyi ilə Azərbaycan dünyanın ən mürəkkəb dövründə öz yolunu özü çəkən, öz səsini özü ucaldan və dünya siyasətinə öz imzasını atan bir dövlətə çevrilib.

Adəm İsmayıl BAKUVİ,

strateji tədqiqatçı və geosiyasi analitik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 May 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see237

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see199

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see162

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see154

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see153

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see148

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see144

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see140

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see135

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see132

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri