Uğurlu inkişaf yolu: milli maraqlara əsaslanan siyasətin ifadəsi
Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə 2025-ci ilin ölkəmiz üçün tarixi və dönüş nöqtəsi olduğunu vurğulayıb. Dövlət başçısı ötən ilin mühüm hadisələrini, strateji nailiyyətləri və gələcəyə dair planları ictimaiyyətlə bölüşüb. 2025-ci il Qarabağ probleminin siyasi baxımdan yekunlaşdırılması və ölkəmizdə mövcud olan sabitliyin daha da gücləndirilməsi ilə yadda qaldı. Bu sülh dövrü qısa müddətdə təhlükəsizlik, rifah və inkişaf baxımından öz müsbət nəticələrini verməyə başlayıb.
Müsahibədə Azərbaycan-Amerika münasibətlərindəki irəliləyişlərə də geniş yer ayrılıb. Xüsusilə 907-ci düzəlişin Prezident Tramp tərəfindən rəsmən aradan qaldırılması qeyd olunub. Bu addım iki ölkə arasında uzun illərdir mövcud olan bir maneəni aradan qaldıraraq, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasına zəmin yaradıb. Strateji İşçi Qrupunun yaradılması və Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə intensiv işlər aparılır. Eyni zamanda, ABŞ və Azərbaycan arasında investisiya, nəqliyyat, hərbi-sənaye və süni intellekt sahələrində əməkdaşlıq genişlənməkdədir.
Çinlə münasibətlərdə də mühüm irəliləyişlər müşahidə olunub. İmzalanmış hərtərəfli strateji tərəfdaşlıq sənədləri nəticəsində ticarət dövriyyəsi rekord həddə çatıb. Çin şirkətləri yaşıl enerji, nəqliyyat və hərbi-texniki sahələrə sərmayələr qoyur. Elektrik avtobuslarının yığılması, günəş panelləri zavodlarının tikintisi və yeni nəqliyyat marşrutlarının maliyyələşdirilməsi bu əməkdaşlığın əyani göstəricisidir.
Azərbaycanın Mərkəzi Asiya ilə sıxlaşan əlaqələri ölkənin regiondakı nüfuzunu daha da artırıb. Ölkəmiz Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilmiş, Cənubi Qafqaz ilə Mərkəzi Asiyanı birləşdirən əsas nəqliyyat qovşağına çevrilmişdir. Azərbaycandan keçən yüklərin həcmi kəskin artıb, yeni dəhlizlər və infrastruktur layihələri bu artıma uyğun şəkildə genişləndirilir.
İşğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Bu ərazilərdə 70 mindən çox insan artıq yaşayır. Xankəndi, Şuşa, Ağdam və Laçında beynəlxalq tədbirlər keçirilib, yeni yollar, tunellər və dəmir yolları istifadəyə verilib. Enerji təminatı üçün dairəvi sistem qurulub, su anbarları yenidən tikilib, yaşayış üçün zəruri olan bütün infrastruktur yaradılır.
Sosial sahədə də əhəmiyyətli addımlar atılıb. Əhalinin rifahının yüksəldilməsi üçün 7 ildə 5 sosial islahat paketi həyata keçirilib, 4 milyon insan bu proqramlardan faydalanıb. Şəhid ailələrinə və müharibə əlillərinə minik avtomobilləri və mənzillər verilib, müasir protezlərlə təmin edilən müharibə iştirakçıları normal həyata qayıdıb. Əməkhaqları, pensiyalar və sosial müavinətlər mütəmadi artırılır.
Azərbaycan iqtisadiyyatının dayanıqlılığı güclənir. Xarici borc ÜDM-in cəmi 6 faizindən bir qədər çoxdur, valyuta ehtiyatları isə borcu 17 dəfə üstələyir. Qızıl ehtiyatlarının artırılması ölkəyə 10 milyard dollar əlavə gəlir qazandırıb. Kredit reytinqləri müsbətə doğru dəyişib. Bütün bu nəticələr, ölkəmizin iqtisadi müstəqilliyini, güclü valyuta ehtiyatlarını və strateji maliyyə idarəçiliyini təsdiqləyir.
Bakı və ətraf ərazilərdə genişmiqyaslı su-kanalizasiya, nəqliyyat və metro layihələri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri ilə paralel olaraq Naxçıvanda da yaşıl enerji və kənd təsərrüfatı sahəsində yeni layihələr icra olunur. Zəngəzur və Araz dəhlizləri vasitəsilə Naxçıvanla ölkənin əsas hissəsi arasında iki yeni bağlantı yaradılır.
Prezident İlham Əliyev qeyd edib ki, ölkə siyasətinin mərkəzində hər zaman Azərbaycan vətəndaşı dayanır. Populizmdən uzaq, real və məqsədyönlü inkişaf siyasəti nəticəsində həm sosial, həm də iqtisadi sahədə davamlı və dayanıqlı uğurlar əldə edilir. Gələcəkdə də əsas prioritetlərdən biri iş yerlərinin yaradılması, regionların inkişafı və vətəndaşların rifah halının daha da yüksəldilməsi olacaq.
Bu müsahibə Prezident İlham Əliyevin strateji baxışının, güclü liderliyinin və milli maraqlara əsaslanan siyasətinin növbəti aydın ifadəsi oldu. Azərbaycanın sabaha daha güclü və inamla irəliləməsi bu qətiyyətli siyasətin bəhrəsidir.
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 06 Yanvar 2026 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















