Uğurlu iş müsahibəsinin sirri: Vaxtı düzgün seçin!
Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İş müsahibəsinə nə geyinmək, necə danışmaq, hansı suallara hazırlaşmaq – bunlar hamımıza tanışdır. Amma elmi araşdırmalara əsasən, müsahibənin keçirildiyi saat da nəticəyə ciddi təsir göstərir.
AzPost xəbər verir ki, İtaliyalı tədqiqatçılar “Frontiers in Psychology” jurnalında yayımlanan araşdırmada günün hansı saatında keçirilən müsahibələrin və ya imtahanların daha uğurlu nəticələndiyini araşdırıblar. 100 mindən çox şifahi imtahanı təhlil edən mütəxəssislər ən yüksək nəticələrin günorta saatlarına – xüsusilə 11:00-dan 13:00-a qədər olan vaxta təsadüf etdiyini müəyyən ediblər.
Tədqiqatçılar qeyd edirlər ki, bu nəticə təkcə tələbə imtahanlarına deyil, iş müsahibələrinə də aid edilə bilər. Çünki hər iki prosesdə insanın stres altında verdiyi cavablar, diqqət və yaddaş səviyyəsi böyük rol oynayır.
Araşdırmada belə bir ehtimal da irəli sürülür ki, səhər saatlarında hələ tam oyanmayan beyin, axşam saatlarında isə yorğunluq və enerji tükənməsi səbəbindən müsbət nəticə əldə etməyə mane ola bilər. Günorta saatları isə həm diqqətin, həm də əhvalın optimal səviyyədə olduğu dövrdür.
Mütəxəssislər tövsiyə edir ki, əgər seçim imkanı varsa, iş müsahibəsini günorta saatlarına təyin edin – bu, uğur şansınızı artıra bilər.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 29 İyul 2025 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















