Icma.az
close
up
RU
Uğurlu günün sirri: Erkən oyanmaq və düzgün səhər rutini

Uğurlu günün sirri: Erkən oyanmaq və düzgün səhər rutini

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Uğurlu insanların ortaq xüsusiyyətlərindən biri də günə erkən və enerjili başlamalarıdır.

Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, sağlam həyat tərzi və yüksək diqqət toplama qabiliyyəti üçün səhər saatlarının düzgün dəyərləndirilməsi vacibdir.

Erkən oyanmaq məhsuldarlığı artırır

İdeal oyanma vaxtı günəş doğduqdan sonrakı saatlar hesab olunur. Əgər səhər çox erkən qalxmaq zəruridirsə, yuxu saatı da buna uyğun tənzimlənməlidir. Mütəxəssislər xəbərdarlıq edir: istirahət günlərində belə oyanma saatında ciddi fərq yaratmaq bioloji saatın pozulmasına səbəb ola bilər.

Günə bir stəkan su ilə başlayın

Səhər yuxudan duran kimi çay və ya qəhvə əvəzinə ilk olaraq bir stəkan su içmək tövsiyə olunur. Gecə boyunca orqanizm susuz qaldığı üçün bu addım həm enerjinizi bərpa edir, həm də gün ərzində bədəninizin nəm balansını qorumağa kömək edir.

Gün işığı ilə təmas vacibdir

Oyanan kimi pəncərəni açaraq gün işığına çıxmaq və ya qısa bir gəzinti etmək bioloji ritmin tənzimlənməsinə, yuxululuğun aradan qalxmasına və daha enerjili başlanğıca şərait yaradır.

Yüngül, lakin qidalı səhər yeməyi seçin

Səhər yeməyində tərəvəz, pendir, yumurta və bir dilim taxıllı çörək kimi qidalar həm doyurucu, həm də enerji verici təsir göstərir. Eyni zamanda artıq kaloridən uzaq qalmaq mümkündür.

Telefon yox, zəngli saat!

Yatmazdan əvvəl mobil telefonu yataq otağından uzaqda saxlamaq, yuxu keyfiyyətini artırır. Əgər zəngli saatdan istifadə olunursa, köhnə modellərə üstünlük vermək daha məqsədəuyğundur. Bu, həm sosial mediada vaxt itkisinin qarşısını alır, həm də rahat yuxu rejimi yaradır.

Texnologiyadan uzaq qalmaq faydalıdır

Mütəxəssislər oyanan kimi ən azı 10 dəqiqə texnologiyadan uzaq qalmağı tövsiyə edir. Bu zaman özünüzə və günün planlamasına fokuslanmaq daha asan olur.

Sonda unutmayın: düzgün səhər rutini təkcə günü deyil, ümumi həyat keyfiyyətinizi də yüksəldə bilər. Gecəni sağlam yuxu, səhəri isə ağıllı vərdişlərlə keçirmək, uğura gedən yolun əsas addımıdır.

Kənan
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Avqust 2025 02:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri