Icma.az
close
up
RU
Uğurlu münasibətlərin gizli açarı

Uğurlu münasibətlərin gizli açarı

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mütəxəssis bunun necə tanınmalı və inkişaf etdirilməli olduğunu izah edib.

Psixoloqlar qeyd edirlər ki, uğurlu münasibətlərin ən güclü göstəricilərindən biri çox vaxt diqqətdən kənarda qalır.

Tribuna.az xəbər verir ki, bu barədə sosial elmlər üzrə magistr dərəcəsinə sahib münasibətlər eksperti Baya Vose CNBC Make It-ə danışıb.

“Sağlam və davamlı münasibətlərin ən az qiymətləndirilən əlamətlərindən biri ‘qarşılıqlı təsir’ adlanan anlayışdır”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu termini psixoloq cütlüyü Con və Culi Qotmanlar işlədib.

Qarşılıqlı təsir nə deməkdir?
“Qarşılıqlı təsir, tərəfdaşın ehtiyaclarının, həssaslıqlarının və baxışlarının sizə təsir etməsinə – hətta öz davranışınızı dəyişməyə səbəb olmasına hazır olmaqdır. Bu xüsusiyyət adətən yalnız gərginlik və fikir ayrılığı anlarında üzə çıxır, harmoniya dövrlərində deyil. Münasibətlərin əvvəlində isə hər kəs özünü ən yaxşı tərəfdən göstərdiyi üçün bu dəyərli ‘yaşıl işığı’ görmək çətin olur”, – deyə ekspert əlavə edib.

Araşdırmalar nə göstərir?
2020-ci ildə aparılan bir araşdırmada təxminən 320 cütlük izlənilib və məlum olub ki, hər iki tərəfkar öz rəyinin həqiqətən vacib olduğunu, qarşı tərəfə təsir edə bildiyini hiss etdikdə, münasibətlərin keyfiyyəti yüksək qalır və emosional təhlükəsizlik illər keçdikcə daha da dərinləşir. Hər iki tərəf qarşılıqlı təsiri hiss etdikdə, münasibətlər həm daha ədalətli görünür, həm də real olaraq daha stabil və mehriban olur.

Qarşılıqlı təsir praktikada necə görünür?
Qarşılıqlı təsir — öz şəxsiyyətindən imtina etmək və ya münasibətdə sülhü qorumaq üçün ehtiyaclarını kənara qoymaq demək deyil. Həqiqi açıqlıq, öz dəyərlərini qorumaqla yanaşı, tərəfdaşın təcrübəsi və düşüncələri üçün yer ayırmaqdır — xüsusən də baxışlarınız ayrıldıqda. Siz hər iki insanın rəyinin önəmli olduğu birgə həyat qurursunuz.

Münasibətlərdə qarşılıqlı təsiri necə inkişaf etdirməli?
Mütəxəssis həftədə bir dəfə tərəfdaş üçün vacib olan bir addım atmağı məsləhət görür. Bu — dəyişdirdiyiniz bir vərdiş, onun istəklərini nəzərə almaq və ya kiçik, amma önəmli bir jest ola bilər. Bu, tərəfdaşınıza onun fikrinin eşidildiyini göstərir.

Konflikt zamanı isə özünüzə belə bir sual vermək faydalıdır:

“Bu vəziyyəti daha yaxşı anlamağa hansı məqamı gözdən qaçıram?”

Bu sual həm sakitləşdirir, həm də müzakirənin “haqlı olma” mübarizəsinə çevrilməsinin qarşısını alır və tərəfdaşınızı anlamağa yönəldir.

Kiçik addımların böyük təsiri
“Bu kiçik jestlər kənardan əhəmiyyətsiz görünə bilər, amma zaman keçdikcə insana dəyər verildiyi, fikrinə hörmət edildiyi və onun nəzərə alındığı hissini yaradır. Məhz belə şəraitdə həqiqi yaxınlıq yaranır. Bu isə sadəcə yanaşı yaşayan cütlüklərlə daim bir-birinə daha da yaxınlaşan cütlüklər arasındakı əsas fərqdir”, – deyə ekspert vurğulayıb.

İmran Kərimli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 28 Noyabr 2025 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri