Icma.az
close
up
RU
Yaxın münasibətlərin uğurlu təcəssümü

Yaxın münasibətlərin uğurlu təcəssümü

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müasir dünyada Azərbaycan və İran kimi coğrafi baxımdan bir-birinə yaxın dövlətlərin strateji əməkdaşlığı regional sabitliyin və təhlükəsizliyin təmin olunmasında, qarşılıqlı faydalı iqtisadi və mədəni əlaqələrin genişlənməsində mühüm rol oynayır. Hər iki ölkə mühüm geostrateji mövqeyə və zəngin təbii resurslara malikdir. Son illərdə Azərbaycan-İran münasibətləri yeni, daha fəal inkişaf mərhələsinə qədəm qoyub.

Bu kontekstdə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Azərbaycana etdiyi rəsmi səfəri məhsuldarlığı ilə seçildi. Prezidentlərin görüşündə siyasi, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olundu.
İranın da bu münasibətlərin inkişafına göstərdiyi siyasi iradə mühüm əhəmiyyət kəsb edir. Cənubi Qafqazın geostrateji önəmini nəzərə alaraq, regionda siyasi dialoq mühitinin qorunması xüsusi aktuallıq daşıyır. Azərbaycan və İran arasında səmimi və etimada əsaslanan dialoq mövcuddur. Tarixi bağlılıqları olan bu iki dövlət əlaqələrini həm də müasir çağırışlar fonunda qurur və inkişaf etdirir.
Xüsusilə, iqtisadi platformada əldə olunan razılaşmalar və reallaşdırılan layihələr əməkdaşlığın praktiki nəticələrini nümayiş etdirir. Nəqliyyat sahəsində birgə həyata keçirilən təşəbbüslər, o cümlədən Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə əməkdaşlıq bu baxımdan nümunəvidir. Gözləntilərə əsasən, yaxın 10 il ərzində Asiya ilə Avropa arasındakı ticarət dövriyyəsi dəfələrlə artacaq. Əgər bu yüklərin 15 faizi məhz Şimal-Cənub dəhlizi vasitəsilə daşınsa, Azərbaycan və İran böyük iqtisadi dividendlər əldə edəcək. Hazırda hər iki ölkə dəhlizin funksionallığını artırmaq üçün intensiv səylər göstərir.
Prezidentlərin birgə mətbuat konfransında nümayiş etdirdikləri dostcasına münasibət və qarşılıqlı xoş ifadələr, iki ölkə arasında yüksək etimad və anlayışın göstəricisidir. Prezident İlham Əliyev İranla əlaqələrin inkişafına xüsusi önəm verir və qarşılıqlı inam üzərində qurulmuş münasibətlərə daim sadiqlik nümayiş etdirir. Prezident Məsud Pezeşkian da səfəri zamanı verdiyi açıqlamada bu əməkdaşlığın müxtəlif sahələrdə - ticarət, sərmayə, sənaye, energetika və nəqliyyat dəhlizlərində daha da dərinləşəcəyini vurğulayıb.
İran-Azərbaycan münasibətlərinin möhkəm təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və strateji bu xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qarşılıqlı səfərlər, imzalanan sənədlər və həyata keçirilən layihələr göstərir ki, iki qonşu və dost ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir və yeni mərhələyə qədəm qoyur.

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 May 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri