Icma.az
close
up
RU
“Uğurlu nəticə istəyirəm” Qurban Qurbanov

“Uğurlu nəticə istəyirəm” Qurban Qurbanov

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Hər bir uğurdan sonra məsuliyyətim daha da artır, növbəti ilə daha istəkli başlamaq, uğurlu nəticə istəyirəm. Əfsuslar olsun ki, bəzən bizim düşündüyümüz kimi alınmır. Planlaşdırmadığımız epizodlarla üzləşirik. Vacib oyunlarda qırmızı vərəqələr, vacib oyunlardan öncə əsas oyunçuların zədəli olması… Mənim üçün məşq prosesi çox vacibdir. “Qarabağ”a sevginin azalmasını istəmirəm. Azarkeşlər bəzən bizdən daha çox şey gözləyirlər. Amma bəzən bəzi nüanslar buna mane olur. Fikirləşməyin ki, biz tənbəlləşmişik, uğurdan doymuşuq. Hər şeyi gözəl başa düşürük. Mən və klub üçün çətindir”.

Gununsesi.info “Qafqazinfo”xəbər verir ki, bunu bu gün Azərbaycanda ilin ən yaxşı baş məşqçisi seçilən “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov tədbirdə çıxışı zamanı deyib.

“Avropada “Qarabağ”a çox ciddi yanaşırlar. Bizim işimizlə çox maraqlanırlar ki, necə olub klub bu səviyyəyə çatıb. Əvvəl böyük klubların rəhbərliyi bir gün öncə vacib olduğu üçün bizimlə görüşürdülər, bu gün bizimlə hesablaşırlar. Bu klubun rəhbərliyini, işçilərimizi çox ciddi qarşılayırlar. Bakıda və ya səfərdə. Bütün rəqiblər çox ciddi hazırlaşırlar. Böyük klublara qarşı oynayırıq. Bəlkə məğlubiyyətlər bizə təcrübə verir. İş saatımızı daha da artırmaq lazım olduğunu bilirik. Futbolçulara deyirəm sadə oynamalı, epizodlara daha ciddi yanaşmalıyıq. Məğlubiyyətlər bunu göstərdi. Bu il oyunlarımızı analiz edirik. Builki qədər qol epizodu yaratdığımız sezonumuz olmayıb.

Futbol çox inkişaf edib. O qədər xırda detallar var, analiz edirik. Geridəyik. Amma buna baxmayaraq, sizləri sevindirməyə çalışırıq. Azərbaycan futbolunu klub səviyyəsində ən azından bu səviyyədə saxlamağa çalışırıq. İşləyirik. Tək özümüzü yox, sizləri – azarkeşləri düşünürük, xalqımızı düşünürük. Bu ilin sonuna yaxın nəticələrimiz zəif görünə bilər. Amma ili götürsək, 1/8 finala qədər yüksəldik. “Braqa”ya qarşı möhtəşəm oynadıq. Azarkeşlərimiz də Avropa futbolunun təcrübəsini yaşadılar. Bu da təcrübədir.

İnanın ki, bunu sevə-sevə edirəm. Sənətimi sevirəm. Çalışırıq ki, inamınızı qoruyub-saxlayaq. Digər məşqçilərə təşəkkür edirəm. “Zirə”ni deyə bilərəm, çox gözəl təcrübə yaşadılar. Rəşad Sadıqov və digər məşqçilər… Digər klublarımızda oyun sayı daha çox oldu. Avrokuboklarda oyun sayı artıb, yaxşıdır. Gələcəyə həmişə pozitiv baxıram. Daha yaxşı nəticələr əldə etməyə çalışacağıq ki, uğurlarımız daha çox olsun” – Qurban Qurbanov əlavə edib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Dekabr 2024 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri