Icma.az
close
up
RU
Uğurlu siyasətin nəticəsidir ki, bu gün güclü Azərbaycan dövləti var

Uğurlu siyasətin nəticəsidir ki, bu gün güclü Azərbaycan dövləti var

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin hər ilin əvvəlində yerli televiziya kanallarına müsahibə verməsi artıq ənənə halını alıb. Ölkə başçısı ötən il ərzində görülmüş işləri təhlil edir və cari ildə həyata keçiriləcək layihələr haqqında məlumat verir. Ötən gün yerli televiziya kanallarına verdiyi  müsahibədə Prezident İlham Əliyev 2025-ci ili ölkəmiz üçün tarixi bir il olaraq xarakterizə etdi. Belə ki, məhz ötən il Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflandı, artıq bir neçə aydır ki, xalqımız sülh şəraitində yaşayır. Eyni zamanda, 2025-ci ildə Azərbaycan-Amerika münasibətləri yeni bir mərhələyə qədəm qoydu.

Beynəlxalq münasibətlər sistemində Azərbaycan bu gün müstəqil siyasət yürüdən dövlətdir və hər bir dövlət də bu reallıqla barışmaq məcburiyyətindədir. Bunu müxtəlif qütblərdə dayanan ölkələrlə qurulan yüksək səviyyəli əlaqələr də təsdiq edir. Belə ki, ölkəmiz 2025-ci ildə həmçinin Çinlə Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamışdır. Ölkəmizin D-8 təşkilatına üzvlüyünü də xüsusilə qeyd etmək lazımdır. Ümumiyyətlə, Azərbaycanın xarici siyasət kursu çoxşaxəlidir və ölkəmiz etibarlı tərəfdaş olaraq qəbul edilir.

Yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev ölkə iqtisadiyyatının davamlı inkişafından, qeyri-neft sektorundakı artım dinamikasından, eləcə də ölkəmizin bərpaolunan enerji potensialından və bu sahədə həyata keçirilən genişmiqyaslı layihələrdən bəhs etdi. Ölkə başçısı qeyd etdi ki, bərpaolunan enerji mənbələrindən istifadə əlavə imkanlar yaradacaq. Belə ki, həm qaz, həm də elektrik enerjisinin ixracı artacaq. Bununla da ölkəmizin gəlirləri daha da yüksələcək. Ölkəmizin gəlirlərinin artmasına mühüm təsirlərdən biri də nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsidir. Zəngəzur dəhlizinin açılması bu sahədə böyük əhəmiyyətə malik olacaq. Eyni zamanda, Azərbaycanın zəngin turizm potensialı da vardır ki, bu sahənin daha da inkişafı ölkə iqtisadiyyatının güclənməsinə gətirib çıxaracaq. Qarabağ və Şərqi Zəngəzur qeyd olunan sahələrdə ölkə iqtisadiyyatının davamlı inkişafında müstəsna əhəmiyyətə malikdir.

Prezident İlham Əliyevin siyasətinin mərkəzində insan amili və sosial ədalət prinsipi dayanır. Yanvarın 5-də  yerli televiziya kanallarına müsahibəsində də bir daha bunun şahidi olmaq mümkündür. Ölkə başçısının həyata keçirdiyi düşünülmüş, uzaqgörən siyasət Azərbaycan dövlətinin gücləndirilməsinə və xalqımızın sülh, firavanlıq, əmin-amanlıq şəraitində yaşamasına xidmət edir.

Müasir beynəlxalq münasibətlər sistemində əsas prinsiplərdən biri odur ki, mövcud olmaq üçün güclü olmaq mütləqdir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, bu gün dünyanın siyasi xəritəsində güclü Azərbaycan dövləti var. Bu reallıqdır və bu reallıq artıq qəbul edilib.

Anar Şahmuradov

YAP Ağdaş rayon təşkilatı Aparatının ideoloji işlər üzrə məsləhətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Yanvar 2026 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see202

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see181

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see157

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see130

Biz bütün dövrlərdə dilimizi qorumuşuq Prezident

05 Yanvar 2026 23:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri