Icma.az
close
up
RU
Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasətin məntiqi nəticəsi

Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasətin məntiqi nəticəsi

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Ötən gün Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikasının yekdilliklə bu təşkilatın üzvü seçilməsi ölkəmiz adına həqiqətən də mühüm hadisədir. Bu, bizim önəmli siyasi-diplomatik uğurumuzdur. Əvvəllər “İslam Səkkizliyi” adlanan, indi isə Azərbaycanın üzv seçilməsi ilə D-9 kimi yenilənən bu mötəbər beynəlxalq təşkilat həm öz gücünü artırmış oldu, həm də ölkəmizin artan nüfuzunu dünyaya sərgilədi. Bunu qardaş Türkiyənin Prezdenti Rəcəb Tayyib Ərdoğan da D8-in 11-ci Zirvə görüşündəki çıxışında xüsusi olaraq vurğuladı. “Qardaş Azərbaycana təşkilatımıza "xoş gəldin" deyirik. Azərbaycanın D-8-ə üzvlüyü təkcə təşkilatı böyütməyəcək, həmçinin gücləndirəcək", - deyən Ərdoğan Azərbaycana yeni qoşulduğu bu təşkilatda uğurlar dilədi.
Onu da qeyd edək ki, illər öncə məhz Türkiyənin təşəbbüsü ilə yaradılan D-8 demək olar ki, qapalı təşkilat sayılırdı. Yəni ki, ötən illər ərzində qurucu üzv-dövlətlərdən başqa heç bir müsəlman ölkəsi bu təşkilata üzv qəbul edilməyib. Odur ki, Azərbaycanın bu iqtisadi birliyə üzv qəbul edilməsi sözügedən təşkilatın ilk genişlənmə təşəbbüsü kimi əhəmiyyətlidir. Bu, müsəlman həmrəyliyinin təzahürü olmaqla yanaşı, həm də Azərbaycana göstərilən böyük etimadın təsdiqidir. Təsadüfi deyil ki, Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsinə görə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeşin dövlət və hökumət başçılarına təşəkkürünü bildirən Prezident İlham Əliyev də adı çəkilən ölkələrin Azərbaycanın namizədliyinə dəstəyini bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisi kimi qiymətləndirib və Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı və İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.
Bəli, D-8 kimi dünya müsəlmanlarının 60 faizini əhatə edən və dinamik iqtisadi inkişaf göstəricilərinə malik olan nüfuzlu iqtisadi əməkdaşlıq təşkilatının sıralarının genişlənməsinə ilk olaraq məhz Azərbaycanın üzv qəbul edilməsi ilə start verilməsi dövlətimizin başçısının da qeyd etdiyi kimi, bizim üçün qürur mənbəyidir. Azərbaycanın bir sıra qlobal nəqliyyat dəhlizilərində açar ölkə rolunu oynaması və eyni zamanda, ölkəmizin yaşıl enerjiyə keçiddə fəal mövqe tutması D-8 çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını daha da genişləndirəcək. Bu təşkilata üzv qəbul edilməyimiz çoxqütblü dünya düzəninin formalaşması prosesinin getdiyi hazırkı məqamda ölkəmizin önəmli aktor olduğunu göstərir. Güclərin təmərküzləşməsi dövründə biz də mühüm güclərdən biri kimi qəbul olunuruq. Bu da Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasətin məntiqi nəticəsidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 Dekabr 2024 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri