Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Uğurlu sosial rifah siyasəti hədəf vətəndaş məmnunluğudur

Uğurlu sosial rifah siyasəti hədəf vətəndaş məmnunluğudur

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Ölkəmiz yeni 2025-ci il üçün də mühüm iqtisadi və sosial hədəflərə çatmaq əzmindədir. Daima əhalinin sosial müdafiəsinə, vətəndaşların sosial rifah halına diqqət göstərən ölkə rəhbərliyi heç şübhəsiz ki, yeni ildə də bu məqsədələrə nail olmaq üçün, daha böyük nailiyyətlər əldə etmək üçün mühüm işlər həyata keçirəcək. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində sosial sahədə görülən işlər, habelə iqtisadi inkişaf strategiyası barədə çox geniş və əhatəli mövzulara toxundu. Azərbaycan Prezidenti ən çox da ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasını dəyərləndirdi, aparılan siyasət və qarşıdakı illərdə görüləcək işlər barədə məlumat verdi. "Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar" devizini hər zaman prioritet hesab edən ölkə başçısı qeyd edib ki, bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, aparılan uğurlu siyasətin mahiyyətini göstərir.

Bu addımlar Azərbaycan vətəndaşlarının ildən-ilə daha yaxşı yaşaması üçün atılır. Əgər biz bu artımı inflyasiyanın dərəcəsi ilə müqayisə etsək, - hansı ki, keçən il 2 faizdən bir qədər çox idi, - yəni, bu artım məhz az müdafiə olunan təbəqə üçün dövlət tərəfindən növbəti yardımdır. Hər şey cəmiyyətdə də, siyasətdə də, ailədə də ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə ölkə rəhbərliyinin siyasətində prioritet olub. Son bir neçə il ərzində dörd sosial paket həyata keçirildi və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərcləndi. Əlbəttdə görünən odur ki, bundan sonra da sosial və iqtisadi inkişaf paralel gedəcək. Heç şübhəsiz ki, ölkənin iqtisadi imkanları artdıqca sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstəriləcək.

Artıq cari ildən beşinci sosial paketin icrasına başlanılıb. Bu mühüm addımın əsasında dövlət başçısı İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamı vətəndaş rifahının təminatı məqsədilə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir. Dövlət başçısı İlham Əliyevin 7 yanvar 2025-ci il tarixli “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Sərəncamı vətəndaş rifahının təminatı məqsədilə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha təsdiqləyir. Dövlətin həyata keçirdiyi siyasətin təməlində vətəndaş məmnunluğunun artırılması prioritet məsələ kimi öndədir. Sosial xidmət sahəsində yeniləşmə, təkmilləşmə də bu məmnunluğun artırılmasında əhəmiyyətli rol oynayır. Paytaxt Bakıda və bölgələrdə DOST mərkəzlərinin yaradılması, onların coğrafiyasının genişləndirilməsi bir məqsədə - insanların rahatlığının təmin edilməsinə xidmət edir. Artıq bu yeniliklər azad edilmiş ərazilərimizdə də tətbiq edilir. Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, 2024-cü ildə isə Qarabağ Regional DOST Mərkəzinin Şuşada filialı açıldı.

Göründüyü kimi, azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində də vətəndaş məmnunluğunun qorunması öndə dayanır. Bu ərazilərdə insanların özünüməşğulluğunun təmin edilməsi istiqamətində addımlar atılır.

Daha bir məqama diqqət edək. Azərbaycan Prezidenti İlham Əliyevin 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına verdiyi müsahibədə ölkəmizin iqtisadi həyatında çox böyük əhəmiyyət kəsb edən vacib məqamlara da toxunub. Ümumiyyətlə, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin iqtisadi inkişafı və sosial siyasətinə dair mühüm mesajlarla zəngindir. 2024-cü ilin iqtisadi nəticələrindən danışan ölkə başçısı dünyada baş verən proseslər fonunda inkişaf dinamikasını müsbət qiymətləndirdi. Ümumi daxili məhsulun 4 faizdən çox artımı, həqiqətən də, normal göstəricidir. Dünya iqtisadiyyatının artım tempində müşahidə olunan ləngimələrə, tənəzzülə nəzər saldıqda, Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini əminliklə söyləyə bilərik. Bizim hədəfimiz ümumi daxili məhsulun həcmini 7 faziə qədər artırmaqdır. Bunun üçün sənaye istehsalının artırılması istiqamətində mühüm işlər həyata keçirilir. Cənab Prezidentin də qeyd etdiyi kimi, biz 2024-cü ildə iribüdcəli layihələr icra etməyimizə baxmayaraq, maliyyə vəziyyətimizi böyük dərəcədə yaxşılaşdıra, öz rezervlərimizi artıra bildik. İl ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir. 10 milyon əhalisi olan bir ölkədə adambaşına düşən ehtiyatların həcminə görə biz dünyada aparıcı ölkələr sırasındayıq.

Xüsusilə valyuta ehtiyatlarımızın xarici borcumuzu 14 dəfə üstələməsi iqtisadiyyatımızın dayanıqlılığından xəbəri verir. Cənab Prezidentin müsahibəsində səsləndirdiyi fikirlərdən məlum oldu ki, Azərbaycan xarici borcunu bir qədər artırmaq niyyətindədir. Əgər 5 il öncə xarici borcumuz ümumi daxili məhsulun təqribən 20 faizi həcmində idisə, bu gün bu cəmi 7.2 faizdir. Elə təkcə onu qeyd etmək kifayət edir ki, 41 milyard manat olan 2025-ci ilin dövlət büdcəsi Azərbaycan tarixində rekorddur. Bu, böyük iqtisadi nəticədir.

Enerji siyasəti, xüsusən də qaz ixracı ilə bağlı müzakirələr Prezident İlham Əliyevin müsahibəsində diqqət mərkəzində oldu. Azərbaycanın Avropa bazarına qaz ixracını artırması enerji siyasətində mühüm addımlardan biridir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Avropa İttifaqının üzvü olan bir çox ölkə hazırda öz daxili qaz istehlakının təxminən yarısını Azərbaycan qazı ilə təmin edir. Bu, həqiqətən də Avropada tərəfdaşlarımıza göstərdiyimiz ciddi dəstəkdir. Beləliklə, gələcək planlarımız coğrafiyanı genişləndirməkdir. Hazırda qazımızı alan ölkələrə yaxın olan bəzi digər Avropa ölkələri ilə artıq danışıqlar aparırıq. Düşünürəm ki, gələn illərdə bu, mümkündür”.

Azərbaycanın qaz ixracı, xüsusilə Avropa İttifaqı ölkələrinə istiqamətlənən təchizat strateji önəmə malikdir. Bu faktorlar həm tərəfdaşlara ciddi dəstək, həm də dövlətimizin beynəlxalq enerji bazarındakı mövqeyinin gücləndirilməsini təmin edir. Qaz ixracının coğrafiyasını genişləndirmək və digər Avropa dövlətləri ilə danışıqlar aparmaq kimi perspektivli planlar Azərbaycanın enerji siyasətinin diversifikasiya edilməsini və qlobal enerji bazarlarında daha böyük rol oynamasını hədəfləyir. Bu yanaşma, həmçinin Azərbaycanın enerji təhlükəsizliyini gücləndirmək və qlobal enerji xətlərindəki strateji əhəmiyyətini möhkəmləndirmək məqsədini daşıyır. Bütün bu nailiyyətlər, əldə edilən iqtisadi uğurlar tək hədəfə xidmət edir: Azərbaycan vətəndaşları daha yaxşı yaşasınlar, ölkəmizdə social rifah halı gündən günə yüksəlsin, gələcək sağlam və sosial qayğı ilə əhatə olunmuş cəmiyyət formalaşsın. Yolumuz və hədəfimiz yalnız inkişafdır!

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Yanvar 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see312

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see261

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see252

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri