Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Liqa 1: PSJ dən geridönüş

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Uğurlu üçtərəfli platforma...

Uğurlu üçtərəfli platforma...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

XİN başçılarının növbəti görüşü Türkiyədə baş tutacaq

Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri və rolu günü-gündən artmaqdadır. Müstəqil və milli maraqlara söykənən xarici siyasət kursu bu məsələdə əhəmiyyətli rol oynayır. Beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti olaraq Azərbaycan özünün xarici siyasət kursunda qarşılıqlı tərəfdaşlığa, ikitərəfli maraqlara əsaslanan əməkdaşlığa və çoxvektorlu yaxın əlaqələrə əsaslanır. Bu gün ölkəmiz ilə dünyanın əksər dövlətləri və təşkilatları arasındakı münasibətlər məhz bu müstəvidə tənzimlənir, hüquqi çərçivəsini müəyyənləşdirir.

Azərbaycan, Türkiyə və Gürcüstanın birgə platforması...

Ölkəmizin yürütdüyü dövlət siyasətində qonşu ölkələrlə əlaqələrin inkişafı xüsusi yer tutur. Azərbaycan hər zaman öz qonşuları ilə əlaqələrin möhkəmləndirilməsi, daha da yaxınlaşdırılması istiqamətində fəaliyyət göstərir. Yerləşdiyimiz Cənubi Qafqaz regionu geosiyasi baxımdan strateji əhəmiyyət daşıdığı üçün region ölkələrinin yaxın qonşuluq münasibətləri zəminində əməkdaşlığına hər zaman böyük ehtiyac duyulub. Ona görə də, Azərbaycan qonşu ölkələrlə normal qarşılıqlı əlaqələrin güclənməsinə hər zaman böyük önəm verib. Qarşılıqlı əlaqələrin gücləndirilməsi prosesində üçtərəfli görüş platforması bu mənada əhəmiyyət kəsb edir. Məsələn, Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçıları, xarici işlər və müdafiə nazirləri mütəmadi olaraq görüşürlər. Bu, artıq ənənə halını alıb və uğurla davam etdirilir.

Yeri gəlmişkən, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda növbəti görüşü yaxın vaxtlarda Türkiyədə keçiriləcək. Bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili türkiyəli həmkarı Hakan Fidanla görüşdən sonra məlumat verib. O deyib ki, görüşdə Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq formatının nəticələri yüksək qiymətləndirilib. Tərəflər həmçinin, yaxın günlərdə üçtərəfli formatda növbəti görüşün Türkiyədə keçirilməsi barədə razılıq əldə ediblər. Xatırladaq ki, XİN başçılarının sonuncu - 9-cu görüşü ötən il martın 15-də Bakıda keçirilmişdi.

Üç ölkə önəmli layihələrə imza atıb

Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı sıx üçtərəfli siyasi, iqtisadi əlaqələrdən doğan birgə layihələrin gerçəkləşməsi bölgənin inkişafında, sabitliyinin qorunmasında və dünyaya inteqrasiyasında aparıcı faktora çevrilib. Məlumdur ki,  üçtərəfli platforma uzun müddətdir mövcuddur. Qeyd etdiyimiz kimi, hər 3 ölkənin liderlərinin, xarici işlər və müdafiə nazirlərinin görüşləri mütəmadi olaraq keçirilir. Bildiyimiz kimi, Azərbaycan, Gürcüstan və Türkiyə arasında təməli illər öncə qoyulan uğurlu siyasi, iqtisadi əməkdaşlıq Avropa və Asiya qitələrinin qovuşuğunda yerləşən Cənubi Qafqaz regionunun strateji əhəmiyyətini xeyli artırıb. Bakı ilə Ankaranın təşəbbüsləri, o cümlədən sülh diplomatiyası bölgədə sabitlik, təhlükəsizlik və əməkdaşlıq üçün etibarlı zəmin formalaşdırır. Postmüharibə dövründə bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı faktor kimi çıxış edir. Qonşu Gürcüstan da iki dövlətlə birgə addımlayaraq regionun strateji gələcəyini birlikdə inşa etmək istəyini və niyyətini aydın ifadə edir.

Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı sıx üçtərəfli siyasi, iqtisadi əlaqələrdən doğan birgə layihələrin gerçəkləşməsi bölgənin inkişafında, sabitliyin qorunmasında və dünyaya inteqrasiyasında aparıcı faktora çevrilib. Nəhəng enerji şirkətlərinin də iştirak etdiyi Azərbaycan, Gürcüstan və Türkiyənin enerji sahələri üzrə əməkdaşlığı öz səmərəliliyinə görə dünyada nümunəvi təcrübələrdən biri hesab oluna bilər. Azərbaycan, Gürcüstan və Türkiyənin enerji sahəsində əməkdaşlığı həm region dövlətlərinin iqtisadi, siyasi və təhlükəsizlik maraqlarına, həm də Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyini təmin etmək siyasətinə uyğundur. Xatırladaq ki, üç ölkənin əməkdaşlığı ilə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi reallığa çevrilib. Bundan əlavə, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçtərəfli strateji əməkdaşlığın səmərəli nəticələridir.

Tərəflərin hərbi əməkdaşlığı regionda sülhə xidmət edir

Regional hərbi əməkdaşlıq məsələlərinə gəldikdə isə qeyd etməliyik ki, Türkiyə NATO üzvüdür, Azərbaycan və Gürcüstan isə heç bir hərbi blokda iştirak etmir və bütün tərəflərlə qarşılıqlı, faydalı, bərabərhüquqlu əməkdaşlığa üstünlük verir. Bu yanaşmalar fonunda hər 3 ölkə müxtəlif sahələr üzrə, xüsusilə hərbi sahədə birgə əməkdaşlıq imkanlarını getdikcə daha da inkişaf etdirir. Digər tərəfdən, Türkiyənin Qafqazda keçirilən hərbi təlimlərdə iştirak etməsi, onun regionda möhkəmlənməsi və nüfuzunun artması deməkdir. Bu isə istənilən halda həm Türkiyənin, həm Azərbaycanın, həm də Gürcüstanın strateji maraqlarına uyğundur.

Zaman keçdikcə hər üç ölkə arasında bütün istiqamətlər üzrə daha da sıx münasibətlər yaranır. Azərbaycan-Gürcüstan-Türkiyə arasında əməkdaşlıq regionda sülhün və sabitliyin qorunmasına, rifah səviyyəsinin artırılmasına xidmət edir. Xatırladaq ki, bir neçə il öncə Azərbaycan, Gürcüstan və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu da imzalanıb. Bu isə hər üç ölkə arasında hərbi əlaqələrin daha da genişlənməsi, gücləndirilməsi və keyfiyyət baxımından yeni bir səviyyəyə çatdırılması üçün çox vacib sənəd hesab edilir.

Beləliklə, üçtərəfli platforma həm Azərbaycan, Türkiyə və Gürcüstanın strateji maraqlarının təmin olunması, həm də regional əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bu, eyni zamanda mühüm perspektivlər vəd edir və gələcəkdə yeni işbirliyi nümunələrinin yaradılmasını təşviq edə bilər.

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Fevral 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see499

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see480

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see461

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see333

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see321

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see288

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see270

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see265

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see255

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see249

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see240

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see220

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see220

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see219

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see216

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see209

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see198

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see192

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri