Üçtərəfli görüş keçiriləcək
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü keçiriləcək.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Türkiyəyə səfərini və həmkarı Hakan Fidanla görüşünü dəyərləndirərkən deyib.
O, görüşün yaxın günlərdə Türkiyədə baş tutacağını qeyd edib.
“Biz hər ikimiz Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq formatını alqışladıq. Biz həmçinin yaxın gələcəkdə üçtərəfli formatda görüşün keçirilməsinə razılaşdıq. Regional əməkdaşlıqda maraqlı olmağımıza əsaslanaraq bu görüşə Türkiyə ev sahibliyi edəcək. Bu formatda əlaqələrimizin gücləndirilməsi və möhkəmləndirilməsi çox vacibdir”, – Boçorişvili deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 26 Fevral 2025 21:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















