Icma.az
close
up
RU
Uğursuz siyasətçilərin yığıncağı Avropa Parlamentinin separatçı sevgisi

Uğursuz siyasətçilərin yığıncağı Avropa Parlamentinin separatçı sevgisi

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa Parlamentində (AP) anti-Azərbaycan ritorika, qərəz səngimir. Adı korrupsiya və rüşvət qalmaqallarında hallanan və erməni lobbisinin maliyyə təsiri altında olan avroparlamentarilər növbəti dəfə Azərbaycan əleyhinə böhtan xarakterli qətnamə layihəsi ilə çıxış ediblər. Söhbət Bakıda məhkəmə prosesi keçirilən və konkret hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəmə prosesinə göstərilən təzyiqdən gedir.

Hazırlanan qətnamə layihəsi başdan-ayağa qərəz və riyakarlıq, beynəlxalq hüquq normalarının pozulması deməkdir. Sənəddə əks olunan bəzi məsələləri anti-Azərbaycan ritorikanın pik həddi hesab etmək olar. Yenə də erməni sevgisi, Azərbaycanofobiya və riyakarlıq açıq-aydın hiss olunur.

Qeyd edək ki, Bakıda məhkəməsi keçirilən şəxslər sülh və insanlıq əleyhinə cinayətlərdə, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilirlər.

Bəllidir ki, qatı ermənipərəst mövqeyi ilə seçilən Avropa Parlamentinin üzvləri üçün qeyd olunan ittihamlar əhəmiyyət kəsb etmir. Onlar üçün bir "həqiqət" var ki, o da qərəz və ikili yanaşmadır. Dəfələrlə bunun şahidi olmuşuq.

Şübhəsiz ki, məhkəməyə təzyiq yolunu seçən Avropa Parlamentinin üzvləri hər vəchlə çalışırlar ki, təqsirləndirilən şəxslər qərardad çıxarılmadan azad olunsunlar. Dünya məhkəmə tarixində isə belə hala rast gəlinməyib. Bu azmış kimi, barələrində konkret ittihamlar olan şəxsləri az qala "siyasi məhbus", "əzabkeş" kimi qələmə verməyə çalışırlar.

Avropanın ali qanunverici qurumunda heç bir əsasa söykənməyən, daxili mülahizələrdən, qərəzli münasibətdən çıxış edən müəyyən qrupun hazırladığı belə qətnamələrin qəbulu adi hal alıb. Kağız parçasında əlləri Azərbaycan xalqının qanına bulaşmış, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin hərbi əsir kimi qələmə verilməsi hiddət doğurur. Halbuki həmin şəxslər konkret cinayət əməllərinə görə məhkəmə qərarları əsasında sax­lanılıblar.

Siyasi sifarişi yerinə yetirən avroparlamentarilərin həmin şəxsləri "hərbi əsir" kimi qələmə verməsi həm cinayət-prosessual qanunvericiliyin tələblərinə, həm də beynəlxalq hüququn prinsiplərinə tamamilə ziddir. Sual olunur ki, nədən ərazilərimizin kütləvi şəkildə minalarla çirkəndirilməsi, itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi, Qərbi azərbaycanlıların haqlı tələbləri barədə Avropa Parlamenti bir dəfə də olsun qətnamə layihəsi ilə çıxış etməyib. Cavab isə hər kəsə tam aydındır - riyakarlıq və ikiüzlülük, separatizm sevgisi, erməni lobbisindən alınan milyonlar.

Həqiqətən də, korrupsiya və rüşvət qalmaqallarında adı hallanan Avropa Parlamentinin üzvlərindən başqa nəsə gözləmək də olmaz. Çünki dəfələrlə adıçəkilən təşkilatın deputatlarına qarşı korrupsiya ittihamları irəli sürülüb.

Avropa Parlamenti, həmçinin islamofobiyaya yaxalanıb. Konkret olaraq Ermənistanla bağlı tutduqları mövqe buna bariz nümunədir. Təsadüfi deyil ki, bu təşkilatı əksəriyyət artıq "xristian klubu" da adlandırır. Bunu sübut edən fakt Avropa Parlamentinin 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı səlib yürüşünə start verməsidir.

Avropa Parlamenti birinci dəfə de­yil ki, Azərbaycana qarşı qətnamə adlandırdıqları kağız parçası qəbul edir. Görünür, hesab edirlər ki, rəsmi Bakı bölgənin güclü oyunçusuna çevrilir və bunun qarşısını almaq, təzyiq göstərmək üçün qətnamələr qəbul etmək lazımdır. Unudurlar ki, Azərbaycanla təzyiq və ultimatum dilində danışmaq olmaz.

Qərəz və riyakarlıq o həddə çatıb ki, Avropa Parlamenti Azərbaycanın 2023-cü ilin sentyabrında öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsini Qarabağ ermənilərinə qarşı təcavüz kimi təqdim edir. Halbuki, heç bir beynəlxalq təşkilatın bəyanatında, qəbul etdiyi hesabatda bu məsələ öz əksini tapmayıb. BMT kimi mötəbər missiyanın faktaraşdırıcı missiyası bir neçə dəfə Qarabağda olub və hər hansı bir zorakılıq faktını qeyd almayıb. İndi isə Avropa Parlamenti heç bir fakt ortaya qoymadan Qarabağı könüllü tərk edən insanlara qarşı zorakılıq tətbiqindən danışır.

Erməni lobbisindən yemlənən avroparlamentarilərin qərəzi o həddə çatıb ki, insanlığa qarşı cinayətlərdə ittiham olunan şəxsləri "Dağlıq Qarabağ"ın siyasi liderləri adlandırırlar.

Beləliklə, Avropa Parlamentinin qətnamə layihəsi ikili, qərəzli münasibətin göstəricisidir. Fransanın hegemonluq etdiyi Avropa Parlamentinin növbəti kağız parçasının taleyinin əvvəlkilər kimi olacağı şübhə doğurmur. Heç bir təzyiq və hədə Azərbaycanı öz yolundan döndərə bilməyəcək. Ermənilərin məhkəmə prosesi də beynəlxalq hüquq qaydalarına uyğun başa çatacaq və təqsirləndirilən şəxslər öz layiqli cəzalarını alacaqlar.

Avropa Parlamenti tərəfindən hazırlanmış qətnamə, müzakirələr Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzuna xələl gətirmək və ölkəmizə qarşı növbəti dəfə təzyiq nümayiş etdirmək kimi qiymətləndirilməlidir. Ötən illər ərzində Avropa Parlamentində keçirilən bu tipli müzakirələr və eləcə də bu təsisat tərəfindən qəbul edilmiş çoxsaylı qətnamələr Azərbaycana qarşı qərəzli mahiyyəti ilə seçilib. Bu da onlardan biridir. İlk növbədə, Azərbaycana qarşı belə bir yanlış münasibətin sərgilənməsi erməni diasporunun və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbi təşkilatlarının uzun illər ərzində apardığı məqsədyönlü fəaliyyəti ilə əlaqələndirilməlidir.

Son olaraq qeyd edə bilərik ki, növbəti dəfə anti-Azərbaycan siyasətin, qərəz və riyakarlığın şahidi oluruq. Şübhəsiz ki, əvvəlkilər kimi, budəfəki qətnamə layihəsi də kağız parçasıdır və hüquqi qüvvəsi yoxdur.

"Report" İnformasiya Agentliyi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Mart 2025 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri