Uitkoff: ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə irəliləyiş əldə edib
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
ABŞ nümayəndə heyəti Parisdə keçirilən “İstəklilər koalisiyası”nın görüşü çərçivəsində Ukrayna üçün ikitərəfli təhlükəsizlik zəmanətləri və ölkənin iqtisadi bərpası planı üzrə irəliləyiş əldə edib.
APA xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff "X" hesabında paylaşım edib.
Onun sözlərinə görə, danışıqlar zamanı bir sıra mühüm istiqamətlər üzrə, o cümlədən təhlükəsizlik zəmanətləri və iqtisadi inkişaf planı ilə bağlı əhəmiyyətli irəliləyiş qeydə alınıb.
Uitkoff bildirib ki, Ukrayna nümayəndə heyəti ilə danışıqlar yanvarın 7-də davam edəcək. Onun sözlərinə görə, yaxın vaxtlarda əlavə müsbət irəliləyiş əldə olunacağına ümid edilir.
Bu mövzuda digər xəbərlər:Uitkoff ABŞ nin Rusiya Ukrayna üzrə danışıqlarında irəliləyiş əldə etdiyindən danışdı
15 Aprel 2025 10:30
ABŞ və Ukrayna sülh planı üzrə irəliləyiş əldə edib
24 Noyabr 2025 08:54
Uitkoff: ABŞ “Avropa üçlüyü” və Ukrayna ilə Kiyev üçün təhlükəsizlik zəmanətlərini müzakirə edib
31 Dekabr 2025 22:14
Uitkoff Ukrayna böhranının həllində irəliləyiş olduğunu açıqlayıb
06 Noyabr 2025 23:07
Finlandiya Prezidenti: Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı irəliləyiş var
02 Sentyabr 2025 19:31
Baxış sayı:58
Bu xəbər 07 Yanvar 2026 00:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















