Icma.az
close
up
RU
Uitkoff Putinin xüsusi nümayəndəsinə sülh planını təqdim edib Ukrayna ilə razılaşdırılmış planı

Uitkoff Putinin xüsusi nümayəndəsinə sülh planını təqdim edib Ukrayna ilə razılaşdırılmış planı

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və Rusiya birbaşa investisiya fondunun rəhbəri Kirill Dmitriyev Parisdə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni, iş adamı Cared Kuşner ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Portalın mənbələrinə görə, görüş Uitkoffla Kuşnerin Ukrayna və Avropa ölkələrinin nümayəndələri ilə iki günlük danışıqlardan sonra baş tutub və Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli üçün mümkün yol müzakirə olunub.

Qeyd olunub ki, Trampın planının demək olar ki, bütün aspektləri üzrə Ukrayna ilə razılığa gələn Ağ Ev, Rusiya rəhbərliyindən bu təklifə aydın cavab istəyir.

Uitkoff və Kuşner Kirill Dmitriyevə Ukrayna ilə razılaşdırılmış sülh planının layihəsini təqdim ediblər ki, onu Rusiya Prezidenti Vladimir Putinə təqdim etsinlər.

Daha əvvəl Fransanın "Le Monde" qəzeti iddia edib ki, Dmitriyev yanvarın 7-də Parisdə olub və orada Ukraynaya yardım göstərmək üçün "könüllülər koalisiyası"nın iclası keçirilib.

Nəşrin mənbələrinə istinadən verdiyi məlumata görə, Dmitriyev Yelisey Sarayı və ABŞ səfirliyinin yerləşdiyi küçədə görülüb.

Qəzetin məlumatına görə, Yelisey Sarayı Dmitriyevin Uitkoff və Kuşnerlə "könüllülərin koalisiyası" müzakirələrindən bir gün sonra prezident sarayına səfər etdiyini təkzib edib. "Le Monde" qəzetinin məlumatına görə, Dmitriyev Yelisey Sarayının yanında yerləşən Amerika səfirliyində qəbul edilmiş ola bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Yanvar 2026 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri