Icma.az
close
up
RU
“Uitkoff Trampın, yoxsa Putinin elçisidir” Ukrayna Trampın elçisinin vəzifəsindən atılmasını istəyir

“Uitkoff Trampın, yoxsa Putinin elçisidir” Ukrayna Trampın elçisinin vəzifəsindən atılmasını istəyir

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Donald Trampın Ukraynada atəşkəs danışıqlarına rəhbərlik edən xüsusi nümayəndəsi Stiv Uitkoff rusiyayönlü mövqeyinə və şərhlərinə görə vəzifəsindən uzaqlaşdırılmalıdır.

“AzPolitika” xəbər verir ki, bunu “Sky News”-a açıqlamasında Ukrayna parlamentinin Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Aleksandr Merejko deyib.

Merejko Uitkoffun Ukraynanın guya "saxta ölkə" olması ilə bağlı Kremlin narrativlərini səsləndirməsini kəskin tənqid edib və qeyd edib ki, bununla Trampın elçisi sadəcə olaraq Putinin təbliğatını təkrarlayır: "O, Prezident Trampın nümayəndəsidir, yoxsa Putinin? Uitkoff ABŞ-ni və ABŞ-nin xarici siyasətini gözdən saldığı üçün Trampın nümayəndəsi vəzifəsindən kənarlaşdırılmalıdır. Prezident Tramp çox ciddi addımlar atmalıdır. O, bu bəyanatları təkzib etməlidir, çünki onlar təhlükəlidir”.

Merejko həmçinin əlavə edib ki, “Trampın çevrəsində müxtəlif insanlar var – nə baş verdiyini anlayanlar və anlamayanlar”. Bununla da Ukrayna parlamentinin komitə sədri təbii ki, Uitkoffu və ABŞ administrasiyasında onun kimi düşünənləri nəzərdə tutub.

Xatırladaq ki, bundan əvvəl Uitkoff Taker Karlsona müsahibəsində müharibənin “əsas səbəbi” ilə bağlı fikirlərini bölüşərkən deyib: “Rusiyada belə bir hiss var ki, Ukrayna saxta ölkədir, onun bölgələri bir növ mozaika kimi yapışdırılıblar”.

O, həmçinin bəyan edib ki, ruslar “de-fakto” işğal altındakı rayonlara nəzarət edirlər, lakin sözügedən vilayətlərin adlarını belə düzgün sadalaya bilməyib.

Uitkoff həmçinin Putinə və onun sülhə nail olmaq istəyinə inandığını deyib: "Putin bütün Avropanı ələ keçirmək istəmir, vəziyyət İkinci Dünya müharibəsindən əhəmiyyətli dərəcədə fərqlidir".

Bütün bunlar Ukrayna parlament rəsmisinin rusiyapərəst Uitkoffun danışıqlar prosesindən kənarlaşdırılması tələbinin haqlı olduğunu deməyə əsas verir. Lakin məsələ ondadır ki, bununla bağlı qərarı Tramp verir, Tramp isə öz düşüncələrinə və yanaşmasına görə Uitkoffdan qətiyyən fərqli görünmür…

C.Məmmədov

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Mart 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see182

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see169

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see169

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see137

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see136

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see135

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri