Icma.az
close
up
RU
Uitkoffun Kremlə verdiyi məsləhətlərlə bağlı danışığını kim sızdırıb ? Guardian ın analizi

Uitkoffun Kremlə verdiyi məsləhətlərlə bağlı danışığını kim sızdırıb ? Guardian ın analizi

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bloomberg nəşri amerikalı prezident Donald Trampın köməkçisi Stiv Uitkoffun ABŞ liderini necə daha yaxşı razı salmaq barədə Kremlə məsləhətlər verdiyi söhbətin eksklüziv transkriptini dərc edib. Bu material Uitkoffun "şübhəli loyallığına” və Moskvadan ABŞ-ın müharibənin başa çatdırılması üzrə danışıqlar səylərinə mümkün təsirinə işıq salıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian”ın analizində deyilir. Lakin bundan az maraqlı olmayan məqam belə bir danışığın sızdırılması faktının özü və mümkün "sızıntı” mənbəyidir. Nəşr xatırladır ki, "Bloomberg” iki telefon danışığından yazmışdı: Uitkoff və Kremlin yüksək vəzifəli köməkçisi Yuri Uşakov arasında, həmçinin Uşakov və Ağ Evlə danışıqlarda iştirak edən Kiril Dmitriyev arasında.

Müəllif diqqət çəkir ki, səs-küyə səbəb olan məqalə imzasız dərc edilib. Ehtimal ki, bu, məqalənin yazıldığı yerin və ya müəllifin adının göstərilməsi mənbənin şəxsiyyəti barədə ipucu verə biləcəyi üçün edilib. 

"Hər iki telefon danışığında iştirak edən Uşakov çərşənbə günü görünür ki, yazıların orijinallığını təsdiqlədi: o, onların bir hissəsinin "saxta” olduğunu iddia etsə də, qalanı barədə şərh verməyəcəyini bildirdi, çünki danışıqlar məxfi olub və belə müzakirələrin sızdırılmasının "adətən yolverilməz” olduğunu əlavə etdi”, – britaniya nəşri qeyd edir.

Dərc edilən danışığın məzmunu Uitkoffun danışıqlarda Rusiya mövqeyinə yaxınlığına dair şübhələri təsdiqləyir. Lakin belə həssas yazıları agentliyə konkret olaraq kimin təqdim etdiyi sualı daha mürəkkəbdir.

"Müəyyən fərziyyələr irəli sürmək çox çətindir. Bu, rus tərəfindən kimsə daxil olmaqla Uitkoffun reputasiyasına zərər vurmağa çalışan 100 milyon müxtəlif variantdan biri ola bilər”, – Moskva üzrə keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Daniel Hoffman izah edib. 

Məqalədə deyilir ki, məxfi danışıqların ələ keçirilməsi və dərc olunması tarixçəsi rus xüsusi xidmət orqanlarında da var. Lakin Moskvanın Uşakovu kompromat etməyə motivi yoxdur, baxmayaraq ki, rus elitasındakı fikir ayrılıqları nəzərə alınmaqla bunu da istisna etmək olmaz.

Məqaləyə görə, zəngin dərc edilməsində Ukraynanın da motivi ola bilər:

"Kiyev danışıqlarda Uitkoffun rolundan çox narazıdır və onun mövqeyini sarsıtmaq, həmçinin Kreml və Ağ Evin müşaviri arasındakı əməkdaşlığın şok miqyasını açıqlamaq istərdi. Lakin amerikalılarla münasibətlərin ifşa olunacağı təqdirdə fəlakətli şəkildə pozulması riski ukraynalı rəsmiləri düşündürə bilər, həmçinin Ukrayna xüsusi xidmət orqanlarının Ukrayna ərazisindən kənarda WhatsApp vasitəsilə baş tutmuş zəngi dinləyə bilməsi möhtəşəm texnoloji nailiyyət olardı".

Keçmiş yüksəkvəzifəli xüsusi xidmət əməkdaşı bildirib ki, zəngi istənilən sayda xüsusi xidmət orqanı ələ keçirə bilərdi. Lakin bu sızıntının ən mümkün mənbəyi ABŞ sistemindən olan biri olub:

"Zəngləri ələ keçirməyin müxtəlif yolları mövcuddur – ənənəvi radioelektron kəşfiyyat metodları, kiberhücumlar və cihazlara çıxış. Buna görə nəzəri cəhətdən hər şey mümkündür, lakin mən güclü şəkildə şübhələnirəm ki, bu, ABŞ tərəfindən baş verib və əgər belədirsə, bunu edə bilən iki qurum var – MİA (CIA) və ANB (NSA).”

ABŞ xüsusi xidmət orqanlarında çoxları Tramp administrasiyasından və onun Ukrayna və Rusiya ilə bağlı siyasətindən narazı olsa da, belə məlumatın "sızdırılması” narazı hər hansı əməkdaş üçün son dərəcə təhlükəli addım olardı.

Bundan başqa, "Bloomberg”in yalnız danışığın transkriptini deyil, həm də audioyazısını əldə etməsi onu göstərir ki, mənbə ya bilavasitə kəşfiyyat məlumatlarının toplanmasında iştirak edib, ya da orijinal audioyazıya çıxışı olacaq qədər yüksək vəzifəli biri olub.

Başqa bir keçmiş kəşfiyyat əməkdaşı hesab edir ki, bu səs-küylü sızıntının arxasında Trampın xüsusi nümayəndəsinin prorusiya mövqeyindən hiddətlənmiş Avropa kəşfiyyatı dura bilər.

Uitkoffun Rusiya nümayəndəsi ilə danışığının "sızdırılması”: Trampın reaksiyası

Uitkoffla Uşakov arasındakı qalmaqallı danışıq dərc edildikdən sonra ABŞ prezidenti Donald Tramp bildirib ki, bu danışıqlarda heç bir pis şey görmür. Amerikan liderinə görə, bu, "danışıqların standart formasıdır”.

"Bu, standart bir şeydir, başa düşürsünüz? O bunu Ukraynaya "satmalıdır”. O, Ukraynanı Rusiyaya "satmalıdır”. Bu, danışıqlar aparanın işidir”, – deyə Tramp bildirib.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Noyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see198

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see190

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see184

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see164

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see160

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see159

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see156

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see147

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see142

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see140

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see137

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see137

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see135

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see128

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see128

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see125

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri