Icma.az
close
up
RU
“The Guardian”ın Qarabağla bağlı materialına etiraz edilib

“The Guardian”ın Qarabağla bağlı materialına etiraz edilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

London, 4 sentyabr, AZƏRTAC

“İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin İdarə Heyətinin sədri, hüquq elmləri doktoru, professor Əmir Əliyev “The Guardian” qəzetinə Aleksis Pazumianın “Black Garden” sənədli filmi ilə bağlı dərc olunan materiala cavab olaraq məktub ünvanlayıb.

AZƏRTAC-ın məlumatına görə, Əmir Əliyev qeyd edib ki, Qarabağ münaqişəsinin tarixi müzakirə edilərkən azərbaycanlıların yaşadıqları hadisələr diqqətdən kənarda qalmamalıdır və didərgin düşmüş insanların, eləcə də Xocalı qətliamının qurbanları və sağ qalanlarının səsləri də eşidilməlidir.

O, “The Guardian”dan bu səslərə yer ayırmağa və dərc etdiyi materialda çatışmayan fakt və baxışları nəzərə almağa çağırıb. Əmir Əliyevin sözlərinə görə, “The Guardian”ın “Black Garden” sənədli filmi ilə bağlı materialında bir sıra mühüm məqamlar, o cümlədən Ermənistanın beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan torpaqları işğal etməsi və bir milyondan çox azərbaycanlının didərgin düşməsi barədə məlumatlar yer almayıb.

“Əsas narahatlığımız ondan ibarətdir ki, 2026-cı il avqustun 31-də “The Guardian”ın saytında dərc olunan resenziya filmin müzakirəsi ilə kifayətlənmir, eyni zamanda, münaqişə ilə bağlı qəzetin öz yanaşmasını təqdim edir. Azərbaycanın Qarabağ bölgəsini “Dağlıq Qarabağ” adlandıran resenziyada münaqişə “onilliklər boyu davam edən ərazi mübahisəsi” kimi təqdim olunur və “əsasən ermənilərdən ibarət əhalinin Azərbaycan Ordusunun saysız-hesabsız hərbi kampaniyalarına qarşı mübarizə apardığı” bildirilir”, – deyə Əmir Əliyev qeyd edib.

O vurğulayıb ki, film bir tərəfin baxışını təqdim edir. Böyük beynəlxalq media qurumu tarixi konteksti öz adından təqdim edirsə, bu məlumatlar dəqiq olmalıdır.

Ə.Əliyev məktubunda Qarabağın beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanındığını və bu mövqenin dəyişmədiyini bildirib. Professor Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci ildə “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərara istinad edərək, məhkəmənin Ermənistanın sözügedən ərazilər üzərində səmərəli nəzarət həyata keçirdiyini müəyyənləşdirdiyini qeyd edib. O, həmçinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin Azərbaycanın ərazi bütövlüyünü təsdiqlədiyini və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etdiyini vurğulayıb.

Bildirib ki, “The Guardian”dan məktubu qəzetin “Letters” bölməsində dərc etmək, didərginlik və zorakılıq yaşamış azərbaycanlıların, o cümlədən Xocalı faciəsinin qurbanlarına və sağ qalanlarının mövqeyinə də yer vermək xahiş olunub. Əmir Əliyev qəzetə, həmçinin hər iki tərəfin mövqeyinin təqdim olunması üçün azərbaycanlı rejissorların faktlara əsaslanan sənədli filmlərinə də diqqət yetirməyi təklif edib.

“Biz sənədləşdirilmiş araşdırmalar, eləcə də birinci əldən məlumat təqdim etməyə hazırıq. Azərbaycan və Ermənistan barışıq istiqamətində çalışdığı bir vaxtda balanslı yanaşma xüsusilə vacibdir”, – deyə hüquq elmləri doktoru bildirib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2026 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri