Ukrayna ABŞ nümayəndələrinə ilk potensial faydalı qazıntı yataqlarını təqdim edib
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
ABŞ nümayəndələrinə faydalı qazıntılara dair sazişə əsasən yaradılan Ukraynanın Bərpa İnvestisiya Fondunun layihə portfeli üçün ilk potensial faydalı qazıntı yataqları təqdim olunub.
APA xəbər veirir ki, bu barədə Ukraynanın iqtisadiyyat, ətraf mühit və kənd təsərrüfatı naziri Aleksey Sobolev özünün Facebook səhifəsində məlumat verib.
“ABŞ Beynəlxalq İnkişaf Maliyyələşdirmə Korporasiyasının nümayəndə heyəti ilə birlikdə Kirovoqrad vilayətinə səfər etdik ki, burada hasilat və emal sahəsindəki investisiya imkanlarını dəyərləndirək”, –Sobolev bildirib.
Nazirin sözlərinə görə, onlar Birzulovski Dağ-Metallurgiya Kombinatı və Lekarevski yatağı ilə tanış olublar. Bu obyektlər Fondun layihə portfeli üçün perspektivli məkanlar kimi nəzərdən keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 15 Sentyabr 2025 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















