Icma.az
close
up
RU
Ukrayna atəşkəs razılığına gəldi, bəs Rusiya? AÇIQLAMA

Ukrayna atəşkəs razılığına gəldi, bəs Rusiya? AÇIQLAMA

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna 30 günlük atəşkəs barədə ABŞ-nin təklifini qəbul edib. Zelenski bildirib ki, əgər Rusiya tərəfi də müvafiq addımı atsa, Ukrayna cəbhə xətti boyunca 30 gün ərzində atəşi dayandıracaq.

ABŞ ilə Ukrayna arasında əldə edilmiş razılığa əsasən, ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini və Ukraynaya hərbi yardımı bərpa edir. Həmçinin, tərəflər kritik minerallar sazişini mümkün qədər tez yekunlaşdırmaq barədə razılığa gəliblər.

Maraqlıdır, Rusiyanın 30 günlük təcili atəşkəs barədə təklifə münasibəti necə ola bilər? Ukraynanın mineral ehtiyatlarının işlənməsi barədə ikitərəfli saziş, həmçinin sülh sazişi tezliklə imzalana bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Aqşin Kərimov bildirib ki, prosesdə dönüş nöqtəsi Rusiya ilə ABŞ-nin potensial razılaşmalar üçün öz şərtlərini diktə etməsi və bunun nəticələri ilə yarana bilər. 

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Ukrayna və Avropanın təhlükəsizliyi mövzularını Rusiya ilə əməkdaşlıq və rəqabəti müəyyənləşdirəcək təzyiq kimi nəzərdən keçirir:


“Rusiya və ABŞ öz strateji məqsədlərindən geri çəkilmədikcə, tərəflər cəbhə xəttini maksimum mənfəət əldə edəcək manevr sahəsi kimi istifadə edəcəklər. Yəni, ABŞ və Rusiya maksimalist məqsədlərini Kiyevə qəbul etdirmək yolundan geri dönməyiblər. Rusiyanın atəşkəs təklifinə müsbət qarşılıq verməsi belə, cəbhə xəttində etibarlı və uzunmüddətli sabitlik açarı olmayacaq. Çünki Rusiya da, Ukrayna da yaxşı bilir ki, mümkün atəşkəs qüvvələrin toparlanması, dislokasiya yerlərinin dəyişdirilməsi, ordunun komplektləşdirilməsi üçün uyğun vaxt rejimidir. Üstəlik, əgər Vaşinqton prosesi Moskva ilə sövdələşmənin elementi kimi idarə etmirsə, o zaman Rusiya Ukrayna cəbhəsində irəliləyişləri davam etdirməyi optimal variant kimi nəzərdə tutacaq”.  

A.Kərimov qeyd edib ki, ABŞ-Ukrayna razılaşmasının məntiqi və etibarlı nəticəsi Donald Tramp və Vladimir Putin danışıqlarından asılıdır:

“Böyük ehtimal, Tramp Ukrayna ilə imzalanması gözlənilən minerallarla bağlı müqavilədən Rusiyaya da pay ayırmağı təklif edəcək. Bu variant onsuz, əvvəldən mövcud idi, ancaq indi Rusiyanın ABŞ-nin Ukraynaya yardım kampaniyasını davam etdirməsi fonunda həmin təkliflərə münasibəti birmənalılıq dərəcəsini itirir. 
Putin isə Rusiyanın işğal zonasında olan ərazilərdəki təbii sərvətlərin istismarı üçün ABŞ-yə əməkdaşlıq təkliflərini genişləndirə bilər. Cari gündəm və proseslərdəki ABŞ-Rusiya sövdələşmələrinin ön plana çıxması suverenlik və ərazi bütövlüyü baxımından Kiyevə dividentlər qazandırmır”.

Firuzə Əliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sfera.az
archiveBu xəbər 12 Mart 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri