Rusiya Ukrayna müharibəsi bitməyəcək: SENSASİYALI AÇIQLAMA
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Telefon görüşü zamanı tərəflər Stiv Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevə səfərlərinin nəticələrini müzakirə ediblər.
Danışıq zamanı Ukrayna münaqişəsinin mümkün qədər tez həll edilməsinin vacibliyi vurğulanıb. Donald Tramp münaqişənin nizamlanmasının Rusiya ilə ABŞ arasında iqtisadi münasibətlərin yenidən inkişaf etdirilməsi üçün imkan yarada biləcəyini bildirib.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Natiq Cəfərli deyib ki, nümayəndələrin ilk səfərini Moskvaya etməsi və Donald Trampın ilk zəngi həmkarı Vladimir Putinə etməsi ondan xəbər verir ki, bu məsələdə güzəştə getməli olan tərəfi Rusiyadır.
Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski dəfələrlə bəyan edib ki, indiki təmas xətti ilə müharibəni dayandırmağa hazırdır:
“Amma Rusiya tərəfinin Donbasla bağlı tələbləri var. Rusiya Donbasın işğal edə bilmədiyi 10-15 faiz ərazilərini də Ukraynadan almaq istəyir. Digər bütün tələblər, ultimatumlar da Kremldən səslənir. Ona görə də məntiqlə ilk təmasların və zənglərin Moskvaya edilməsi anlaşılandır”.
Müsahibimizə görə, ABŞ də, Avropada fərqindədir ki, Rusiya tərəfindən güzəşt olarsa, digər məsələləri Ukrayna ilə razılaşdırmaq daha rahat olacaq. Rusiya özünü də tələyə salıb. Dəfələrlə bütün rəsmilər, o cümlədən Rusiya prezidenti Donbasın “qırmızı xətt” olduğunu elan edib:
“Hər dəfə vurğulayıblar ki, Donbasın tamamını ələ keçirməsələr, müharibə dayanmayacaq. İndiki halda müharibəni dayandırmaq Rusiyanın daxilində onsuz da mövcud olan gərginliyi bir qədər də gərginləşdirə bilər. Yəni bundan ehtiyat edirlər. Artıq bunun işartılarını görürük, əhali artıq müharibənin fəsadlarını öz üzərində hiss etməyə başlayıb. Ona görə də əhali müharibədən yorulub”.

Natiq Cəfərli: İndiki halda müharibəni dayandırmaq Rusiyada gərginliyi bir qədər də gərginləşdirə bilər
N.Cəfərli qeyd edib ki, Rusiya Krımın beynəlxalq səviyyədə öz ərazisi kimi tanınmasını tələb edir:
“Rusiya hesab edir ki, əgər onun işğal etdiyi ərazilər rəsmən tanınmasa, bir müddət sonra Ukrayna güclənəcək və öz torpaqlarını geri qaytarmağa çalışacaq. Ona görə də hətta BMT səviyyəsində bu ərazilərin “Rusiya torpaqları” kimi tanınmasını tələb edir. Bu da absurd tələbdir. ABŞ, Avropa və hətta Çin belə buna imkan verməz. Bu, çox pis bir presedent yarada bilər. Ukraynada da kimsə bunu dilinə gətirə bilməz”.
“Rusiya-Ukrayna müharibəsi bəşəriyyətin ən faciəli savaşıdır. Çünki istənilən halda bitməyəcək. Dayana bilər, dondurula bilər, amma tamamilə bitməyəcək”, - deyə Natiq Cəfərli vurğulayıb.
Aydın Baxış
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 10 Sentyabr 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















