Ukrayna Azərbaycan oyununun hakimi daha əvvəl Qarabağ ın avrokubok matçını idarə edib
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avstriyalı FIFA referisi Sebastyan Qishamer üçüncü dəfə Azərbaycan komandasının matçını idarə edəcək.
"Cebheinfo.az" xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində Ukrayna - Azərbaycan görüşünə təyinat alan hakim daha əvvəl "Qarabağ" klubunun və U-21 millisinin oyununda iş başında olub.
Bu gün 37 yaşını qeyd edən ədalət təmsilçisi 2017-ci ildə Azərbaycan və Çexiyanın U-21 yığmalarının yoldaşlıq qarşılaşmasında söz sahibi olub. Həmin görüş çexlərin 5:0 hesablı qələbəsi ilə bitib.
Qishamer daha sonra, 2023-cü ildə "Qarabağ"ın səfər qələbəsinə şahidlik edib. Həmin vaxt Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsində İsveçin "Hakken" klubunu minimal hesabla üstələyib - 1:0.
Qeyd edək ki, Ukrayna - Azərbaycan qarşılaşması bu gün, Bakı vaxtı ilə saat 22:45-də Polşanın Krakov şəhərində start götürəcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 13 Oktyabr 2025 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















