Ukrayna bir həftədə Rusiyanın kölgə donanması na məxsus 105 gəmini vurub
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna iyulun 6–13-də Rusiyanın "kölgə donanması"na məxsus 105 gəmini vurub.
APA xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin rəhbəri Robert Brovdi “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, iyulun 13-nə keçən gecə keçirilən əməliyyat zamanı Rusiyaya məxsus daha 15 gəmi hədəfə alınıb. Onların arasında 7 tanker, 5 quru yük gəmisi, 1 bərə və 2 yedək gəmisi olduğu bildirilir.
Ukrayna tərəfi qeyd edib ki, Krım yarımadasının yükləmə infrastrukturu hər gecə zərbələrə məruz qalır, Kerç boğazında gəmi hərəkəti dayandırılıb, yüklərin boşaldılması isə minimum səviyyəyə endirilib.
Bundan başqa, iyulun 12-dən 13-nə keçən gecə Krımda və digər ərazilərdə müxtəlif gücə malik 9 enerji qovşağı və yarımstansiyaya, həmçinin Rusiyanı Krımla birləşdirən "Kuban–Krım" enerji körpüsünün strateji elektrik ötürmə məntəqəsinə zərbələr endirilib.
Ukrayna tərəfi həmçinin bildirib ki, əməliyyat zamanı Rusiyanın 4 Hava Hücumundan Müdafiə sistemi sıradan çıxarılıb. Onların arasında bir S-400 "Triumf" zenit-raket kompleksinin buraxılış qurğusu, bir "Tor" zenit-raket kompleksi və iki radiolokasiya stansiyasının olduğu qeyd edilir.
Bəyanatda əlavə olunub ki, son 24 saat ərzində cəbhənin müxtəlif istiqamətlərində ümumilikdə 1725 hədəfə zərbə endirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 13 İyul 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















