Ukrayna Rusiyanın “kölgə donanması”na aid 300 gəmini sıradan çıxarıb
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna son 11 həftə ərzində Azov və Qara dənizlərdə Rusiyanın “kölgə donanması”na aid 300 gəmini sıradan çıxarıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi “Telegram” kanalında məlumat yayıb.
Brovdinin açıqlamasına əsasən, iyulun 6-dan etibarən 11 həftə davam edən əməliyyat çərçivəsində Azov dənizində 134, Qara dənizdə isə 166 gəmi sıradan çıxarılıb. O, hazırda əməliyyatın davam etdiyini qeyd edib.
Brovdi, həmçinin Azov dənizi və Kerç boğazında gəmiçilik fəaliyyətinin dayandırıldığını, Qara dənizin şimal və şimal-şərq hissələrində isə “kölgə donanması”nın hərəkətinin çətinləşdirildiyini bildirib.
Bu mövzuda digər xəbərlər:Ukrayna bir həftədə Rusiyanın kölgə donanması na məxsus 105 gəmini vurub
13 İyul 2026 12:53
Avropa Rusiyanın “kölgə donanması”na aid gəmiləri saxlayacaq...
29 Sentyabr 2025 20:06
Ukrayna: Son 48 saatda Rusiyanın “kölgə donanması”na aid 13 gəmi vurulub
22 İyul 2026 17:27
Çukotka sahillərində Rusiyanın “kölgə donanması”na aid tanker partladı
26 Avqust 2025 16:02
Rusiyanın “kölgə donanması”na sarsıdıcı zərbə endirilib
20 May 2025 20:52
Baxış sayı:98
Bu xəbər 22 Sentyabr 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















