Icma.az
close
up
RU
“Ukrayna bu gün Qərbin şərəfini xilas edir” Ramiz Yunus

“Ukrayna bu gün Qərbin şərəfini xilas edir” Ramiz Yunus

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Siyasi təhlilçi, Xəzər Universitetinin professoru Ramiz Yunus Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti və NATO Baş katibi ilə yanaşı, aparıcı Avropa liderləri ilə birlikdə keçirdiyi görüşü şərh edib. O, bu görüşün həm müsbət, həm də mənfi cəhətlərini qeyd edib.

Ramiz Yunus bildirib ki, bu, Prezident Zelenski üçün böyük diplomatik uğurdur:
“Rusiya və Qərbdəki tərəfdarlarının bütün cəhdlərinə baxmayaraq, Zelenski öz iradəsi və əyilməzliyi ilə Qərbin əsas liderlərini bir masa arxasında toplamağa nail oldu. Bu görüş hər hansı yeni bir ‘Münhen sazişi’nin Ukraynanın arxasında gizli şəkildə imzalanmasının qarşısını aldı. Üstəlik, bu görüş sadə bir məkanda yox, məhz Ağ Evdə baş tutdu ki, bu da Ukraynanın diplomatik qələbəsinin simvoludur".

Bununla yanaşı, təhlilçi görüşün mənfi tərəflərinə də toxunub.

Yunusun sözlərinə görə, 60 trilyon dollardan çox ümumi ÜDM-i olan “azad dünya”nın liderləri, 2 trilyon dollarlıq iqtisadi gücə malik təcavüzkarla necə davranacaqları barədə hələ də qərarsızdırlar: “Onlar ABŞ Prezidentinin yanında çox ehtiyatla danışır, nə ABŞ-ın Ukraynaya qarşı qeyri-səmimi mövqeyini, nə də öz illərlə nümayiş etdirdikləri dişsiz siyasətlərini açıq tənqid edə bilmirlər. Bəs hanı beynəlxalq hüquq? Hanı suverenlik və ərazi bütövlüyü prinsipləri? Bəs hanı illərdir təbliğ etdikləri dəyərlər? Qorxaqlıqla və təcavüzkara güzəşt siyasəti ilə siz nəinki Ukraynanı, bütün postsovet məkanında sizə inanmış xalqları satırsınız".

Ramiz Yunus təəssüflə qeyd edib ki, bu gün Ağ Evdə toplaşan Qərb liderləri arasında Uinston Çörçill səviyyəsində bir siyasi fiqur yoxdur: “Bu tarixi vəzifəni öz üzərinə Prezident Zelenski götürüb. 3,5 il ərzində o, nəhayət ki, onları bir masa ətrafına toplamağı bacardı. Bu gün məhz Ukrayna Prezidenti Qərbin şərəfini xilas edir".

Yekunda Yunus Qərb liderlərini fürsəti qaçırmamağa çağırıb: “Ümid edirəm ki, ABŞ Prezidenti və Avropa liderləri bu imkanı əldən verməzlər. Çünki Avropa İttifaqı və NATO-nun gələcəyi bu gün Ukraynada həll olunur. Şekspirin dediyi kimi: ‘Kimin qətiyyətli iradəsi yoxdur, onun ağılı da çatmaz".

Rssim Əliyev

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Avqust 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri