Icma.az
close
up
RU
Qərbin Ukrayna qərarı: Üçüncü Dünya müharibəsi

Qərbin Ukrayna qərarı: Üçüncü Dünya müharibəsi

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-nin ardınca Fransa və Böyük Britaniyanın da Ukraynaya Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlərdən istifadə etməsinə icazə verməsi ciddi səbəblərə gətirib çıxaracaq. Kreml Qərbin bu addımını NATO-nun birbaşa Rusiya ilə müharibədə tərəf olduğunu elan edib. Artıq rusiyalı rəsmilər Qərbin bu addımını Üçüncü Dünya müharibəsinin başlanğıcı kimi dəyərləndirirlər.

Rusiya prezidenti Vladimir Putin hələ bir müddət əvvəl bəyan edib ki, Ukraynanın Qərbin uzaqmənzilli silahları ilə Rusiya ərazisinə dərinlikdə zərbə endirməsinə qoyulan qadağanın götürülməsi, NATO ölkələrinin hərbi münaqişəyə birbaşa cəlb olunması demək olacaq və bu, onun mahiyyətini “əhəmiyyətli dərəcədə dəyişəcək”.

“Reuters” öz mənbələrinə istinadən xəbər verir ki, Ukrayna “yaxın günlərdə” Rusiya ərazisinə Amerikanın uzaqmənzilli raketləri ilə ilk zərbəni endirə bilər.

“Le Figaro”nun  Fransa və Britaniyanın Ukraynaya SCALP və “Storm Shadow” raketlərindən istifadə edərək Rusiya ərazisinə dərin zərbələr endirməyə icazə verməsi barədə faktı da bura əlavə etsək, o zaman yaxın müddətdə Rusiya-Ukrayna müharibəsində proseslərin hansı səmtdə inkişaf edəcəyini proqnozlaşdırmaq çox çətin olacaq.

Putinin dili ilə ifadə etsək, bu, "münaqişənin mahiyyətinin əhəmiyyətli dərəcədə dəyişdirəcək". Hələ sentyabr ayında bununla bağlı məsələyə aydınlıq gətirən Putin deyib ki, Ukrayna ordusu Qərb istehsalı olan müasir uzaqmənzilli, yüksək dəqiqlikli sistemlərlə zərbələr endirmək iqtidarında deyil. “Birincisi, bu, ancaq Ukraynada olmayan peyklərdən alınan kəşfiyyat məlumatlarından istifadə etməklə mümkündür. İkinci və çox vacib, bəlkə də əsas odur ki, bu raket sistemlərinə uçuş missiyaları, əslində, yalnız NATO ölkələrinin hərbi personalı tərəfindən həyata keçirilə bilər. Ukrayna hərbçiləri bunu edə bilməz.

Bu da nəticə etibarilə NATO ölkələri, ABŞ və Avropa ölkələrinin Rusiya ilə müharibə vəziyyətində olması anlamına gələcək. Əgər bu belədirsə, o zaman bu münaqişənin mahiyyətindəki dəyişikliyi nəzərə alaraq, bizim üçün yaranacaq təhdidlərə əsaslanaraq müvafiq qərarlar qəbul edəcəyik”, - Putin bildirib.

Qərbin bu qərarını şərh edən Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsi sədrinin birinci müavini Vladimir Cabarov bildirib ki, bu, Üçüncü Dünya müharibəsinin başlaması istiqamətində çox böyük bir addımdır: "Amerikalılar bunu gedən qocanın əli ilə edəcəklər. İki aydan sonra o artıq heç nəyə cavabdeh olmayacaq".

Cabarov onu da qeyd edib ki, Kiyev belə bir addım atarsa, Moskvanın cavabı daha sərt olacaq: "Cavab zərbəsi belə olacaq ki, Ukraynadakı bütün qərar qəbuletmə mərkəzləri və Dnepr üzərindəki bütün körpülər sökülə bilər”.

Federasiya Şurasının Konstitusiya Komitəsinin rəhbəri Andrey Klişas öz Telegram kanalında məsələ ilə bunları qeyd edib: "Qərb Ukraynanın qalıqları tərəfindən dövlətçiliyin tamamilə itirilməsi ilə nəticələnə biləcək eskalasiyanın elə bir səviyyəsinə qərar verdi".

Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri, LDPR lideri Leonid Slutski isə deyib ki, Amerika raketlərinin Rusiya regionlarının dərinliklərinə enməsi, qaçılmaz olaraq, ciddi eskalasiyaya gətirib çıxaracaq: "Bu da öz növbəsində daha ciddi nəticələrlə sonlanacaq. Bayden administrasiyası isə başa düşməyə bilməz ki, o, Tramp komandasını təkcə Ukrayna münaqişəsinin deyil, həm də daha aktual olan qlobal qarşıdurmanın qarşısını almaq problemi ilə üz-üzə qoyur”.

Ekspertlər hesab edir ki, bu, Tramp və onun komandasını Rusiya-Ukrayna münaqişəsində bəyan etdiyi  mövqedən yayınmağa və küncə sıxışdırmaq cəhdidir. 

Rusiyalı ekspert Dmitri Stefanoviç isə bunu ABŞ və NATO-nu Rusiya ilə birbaşa silahlı qarşıdurmaya cəlb etmək üçün şərait yaratmaq baxımından Kiyevin bir növ strateji uğuru kimi hesab edir.

Qeyd edək ki, ABŞ-də prezident Co Baydenin qərarı da bir çoxları tərəfindən mənfi qarşılanıb. Seçilmiş prezidentinin oğlu kiçik Donald Tramp ölkənin hərbi sənaye kompleksini eskalasiyaya can atmaqda ittiham edib. “Hərbi-sənaye kompleksi, deyəsən, atam sülh əldə etmədən və insanların həyatını xilas etməmişdən əvvəl III Dünya müharibəsini başlamaq istəyir. İnsanların həyatı onların vecinə deyil! Imbeciles (axmaq, düşüncəsiz deməkdir-red)” - o, X (Twitter) şəbəkəsindəki səhifəsində yazıb.

CNN isə yazır ki, yeni seçilmiş prezident Donald Tramp sülhdən necə danışacağını bildiyini düşünə bilər, lakin o, müharibə mirası ilə üzləşəcək.

Bütün bunlar onu göstərir ki, qarşıdakı mərhələdə proseslər yeni bir mərhələyə qədəm qoyacaq və Rusiya-Ukrayna müharibəsi yeni xarakter alacaq. Bu isə Ukraynanın atacağı addımlardan asılı olacaq.  Əgər Ukrayna tərəfi tez bir zamanda uzaqmənzilli raketlərdən istifadə edəcəksə, o zaman müharibə daha kəskin xarakter almış olacaq. Bu Rusiyanı Ukraynaya qarşı yenidən aktiv genişmiqyaslı hücumları ilə müşayiət oluna bilər. Artıq son günlərdə Rusiyanın döyüş aktivliyi müşahidə olunmaqdadır. Rusiya çalışır ki, tez bir zamanda Donbasla sərhədə çıxıb orada mövqelərini möhkəmləndirsin. Eyni zamanda, yaranmış fürsətdən istifadə edib Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovu hədəf seçə bilər. 

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Noyabr 2024 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see411

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see268

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see222

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see218

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see204

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see200

Qızılın bahalaşmasının əsas səbəbi geosiyasi risklərdir İQTİSADÇI

07 Avqust 2026 14:08see186

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see183

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see182

Prezidentlər Ağ Evin sahibi deyil, yalnız müvəqqəti sakinidir Trampa ŞOK

08 Avqust 2026 06:06see180

Kişiləri maqnit kimi özlərinə cəlb edən BÜRCLƏRİN qadınları

08 Avqust 2026 09:10see179

Beş meymun hekayəsi

07 Avqust 2026 22:15see169

AL: “Beşiktaş”dan səfər qələbəsi YENİLƏNİB

07 Avqust 2026 23:58see167

Çay deyil, plastik içirsiniz Ən sağlam çay dəmləmə üsulu

08 Avqust 2026 05:05see164

Tez sıxılır, darıxır... Şənbə günü onlarlıq deyil

08 Avqust 2026 10:34see163

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

08 Avqust 2026 06:07see158

“Ərzurumspor” Nərimanı belə qarşıladı Video

08 Avqust 2026 00:22see156

İyulun ən güclü Android telefonları açıqlandı Lider təəccübləndirir

08 Avqust 2026 00:26see156

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub

08 Avqust 2026 04:33see154

Naxçıvanda avqust ayı üzrə pensiyalar ÖDƏNİLDİ

08 Avqust 2026 10:58see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri