Ukrayna bu şəhəri cəhənnəmə çevirir: Rusiyada xəbərdarlıq
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Ukraynanın zərbələri Belqorodda yaşayışı son dərəcə çətin, hətta qeyri-mümkün edə bilər. Yerli hakimiyyət orqanları belə bir ssenarini nəzərdən keçirirlər.
Axar.az xəbər verir ki, bu barədə “Kremlyovskaya Tabakerka” Teleqram kanalı məlumat yayıb.
“Qubernator Aleksandr Şuvayev rəsmi təxliyə elan etmək istəmir, baxmayaraq ki, bir sıra qurumlara iş yerlərinin müvəqqəti köçürülməsinə hazırlaşmaq barədə göstəriş verilib. Eyni zamanda, Belqorod sakinlərinə qarşıdakı qışda şəhərin, çox güman ki, həm elektrik enerjisindən, həm də istilikdən məhrum qalacağı açıq şəkildə deyilmir”, - məlumatda qeyd olunub.
Rusiya Tikinti, Mənzil və Kommunal Xidmətlər Nazirliyindən də bu vəziyyətin təkcə Belqorodda deyil, digər şəhərlərdə də baş verə biləcəyi bildirilib.
Qeyd edək ki, bu gün Ukrayna ordusunun Belqoroda hücumları nəticəsində 1 nəfər ölüb, 14 nəfər isə yaralanıb.
Şəhərdə 30 çoxmənzilli və 4 şəxsi evə, 35 avtomobil, 3 inzibati bina, 8 kommersiya və 3 sosial obyektə ciddi ziyan dəyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 25 Oktyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















