Ukrayna bu şəhəri itirsə... Jmaylodan xəbərdarlıq
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Pokrovsku saxlaya bilməsə, ruslar üstünlük əldə edəcək və bu sektora əlavə PUA operatorları yerləşdirə biləcəklər.
Axar.az xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin icraçı direktoru Dmitri Jmaylo deyib.
Onun sözlərinə görə, Ukraynanın şərqində, xüsusilə Mirnoqrad və Pokrovskda vəziyyət çətin olaraq qalır, lakin Ukrayna Müdafiə Qüvvələri hələ də mühüm mövqeləri saxlayır:
"Amma indi bu sektorda mümkün olan hər şeyi etməsək, o zaman rusların həqiqətən üstünlüyü olacaq.
Onlar bütün Pokrovsku işğal etsələr, bu sektorda və şimaldan qərb istiqamətində müdafiəni çətinləşdirmək üçün əlavə PUA ekipajları gətirəcək, Dnepropetrovsk vilayətinin şərq hissəsini terrora məruz qoyacaq. Məhz buna görə də şəhərə Baş Kəşfiyyat İdarəsi və Xüsusi Əməliyyat Qüvvələri də daxil olmaqla elit bölmələr göndərilib.
Ruslar Pokrovski tutsa, bu, cəbhədəki vəziyyəti xeyli dəyişəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 11 Noyabr 2025 08:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















