Ukrayna çıxılmaz durumda: Sərhəddə vəziyyət dəyişdi, ordu bu ölkəyə qaçır
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukraynada hərbi xidmətdən qaçan kişilər arasında Belarusa aparan qeyri-rəsmi marşrutların populyarlaşdığı bildirilir.
Globalinfo.az-ın xəbərinə görə, bu barədə “Sledstvieinfo” nəşri apardığı araşdırmaya istinadən məlumat yayıb.
İddialara görə, ukraynalılar sərhəddən 10–30 kilometr aralıda buraxılır və keçid prosesi üç-altı gün çəkir. Nəşrin yazdığına görə, Belarusa keçən kişilər ölkənin Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) əməkdaşları tərəfindən qarşılanır və onlardan Ukraynaya aid hərbi texnika, eləcə də ölkəyə gətirilən obyektlər və onların vəziyyəti barədə sorğu-sual aparılır.
Sərhədi keçməyə kömək edən Yevgeni adlı şəxs jurnalistlərə bildirib ki, bu marşrutla dəfələrlə hərəkət edib və indiyədək saxlanılmayıb.
Qeyd olunur ki, Belarus hakimiyyəti Ukrayna ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirmək niyyətindədir. Planlara əsasən, 2026-cı ilə qədər iki ölkə arasında daha beş yeni sərhəd məntəqəsinin yaradılması nəzərdə tutulur.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 13 Yanvar 2026 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















